Ölkə futbolu
Pusquda dayananları sevindirmə, milli! (QEYD)
Rəhmətlik Böyükağa Hacıyev təkcə “Neftçi”ni Avroliqanın qrup mərhələsinə yüksəldib, adını Azərbaycan futbolu tarixinə qızıl hərflərlə yazdırmadı. Mərhum mütəxəssis həm də rəqiblərə meydan oxuması, bəzən publikaya işləməsi, azarkeşləri, hətta medianı da coşdurması ilə də seçilirdi. Böyükağa Hacıyevin ən müsbət xüsusiyyətlərindən biri sözü üzə deməsi idi.
Bilmirəm, “CBC Sport”un tanınmış şərhçisi, dəyərli həmkarımız Pərviz Musayev xatırlayar, ya yox, illər öncə Moldovadaydıq. “Bakı” həmin günü İntertoto kubokunda I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Daçiya”nın qonağı olacaqdı.
Danışıram sizə 2007-ci ilin yayından. 12 il əvvəl - o vaxt Azərbaycan klubları üçün avrokuboklarda qrup mərhələsinə yüksəlmək yuxu idi. O illərdə 1 mərhələ adlamağı bayram edirdik. Təsadüfi deyil ki, “Bakı”ya qədər digər 3 klubumuz 2 gün ərzində qitə kuboklarında mübarizəni dayandırmışdı.
Oyun günü səhər saatlarında komandamızın qaldığı “Daçiya” otelinin qarşısında Pərviz rəhmətlik Böyükağa müəllimə, “Bütün ümidlər sizədi. “Bakı” da mübarizəni dayandırsa, ciddi tənqidlə üzləşəcəksiniz” dedi. Böyükağa Hacıyevin cavabı özünü çox gözlətmədi: “Bilirəm. Sifarişlər artıq verilib, yazılar hazırdı. Bircə hakimin final fitini gözləyirlər ki, “Bakı”nın uduzması rəsmiləşsin. Göstərişlər hələ Bakıdan çıxmamışdan əvvəl verilib”.
Milli ilə bağlı yazıya Böyükağa Hacıyevdən bu qədər geniş giriş verməyim sizləri çaşdırmasın. Bu gün (ümumiyyətlə, son zamanlar) baş verənləri gördükdə məhz rəhmətlik Böyükağa Hacıyevin həmin sözləri yadıma düşür. Oxuyub, inciyənlər də olacaq, bilirəm. Amma reallıq budur.
Bu gün milli komandamız Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq. Təəssüf ki, indi elə məqam yaranıb ki, millinin uğurunu istəyənlərin sayı sanki uduzmasını arzulayanlardan daha azdı. Ölkənin adı, dövlətin bayrağı, gerbi qalıb bir kənarda, şəxsi mənafelər hər şeydən üstün tutulur.
AFFA-da idarəçiliyi ələ keçirmək istəyənlər, Elxan Məmmədovun istefasını arzulayanlar, Qurban Qurbanovun yığmadan uzaqlaşdırılmasını düzgün saymayanlar... daha neçə qruplaşma var futbolumuzda, bilmirəm. Amma bildiyim odur ki, bu gün milli uduzsa, yenə də tənqid atəşinə tutulacaq. Təbii ki, uduzan komandanı heç kim tərifləməməlidir. Sadəcə yazını oxuyanda 3 cümlədən sonra bilirsən ki, sifarişlidi, məqsədlidi, təmənnalıdı, ya yox. Və təəssüf ki, millinin hər uğursuz oyunundan sonra təmənnalı tənqidlərin sayı haqlı tənqidlərdən daha çox olur...
Bu gün meydana çıxacaq Azərbaycan millisidir. Bu milli nə Rövnəq Abdullayevindir, nə Elxan Məmmədovun, nə Nikola Yurçeviçin, nə də digərlərinin. Bu milli ölkəni təmsil edir, Azərbaycanı. Azərbaycan isə hər birimizin həyatındakı əbədi sevgilərdən biri, vətənimizdir.
Məlum məsələdir, Uels bizdən daha güclüdü, rəqibin futbolçularının əksəri 8 komandalı yox, 20 komandalı, Azərbaycan deyil, İngiltərə Premyer Liqasında çıxış edir. Reallıq budur ki, bu gün yığmamızın Kardifdə uduzmaq ehtimalı, xal qazanmaq ehtimalından daha çoxdur. Amma yenə də inanmaq lazımdı. İnanaq ki, milli bu gün çətin səfərdə ən azı 1 xal da olsa, qazanacaq. Ən azı pusquda dayananları sevindirmə, milli! Uduzsan belə, mübarizə apar, sona qədər vuruş. Məğlub olsaq belə, yığmamızın özündən güclü rəqib qarşısında vuruşmasını görən azarkeş 3 gün sonra Xorvatiya ilə oyunda “Bakcell Arena”nı dolduracaq. Uğurlar, milli!
İBRAHİM
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi