29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Kintana və Zubir üçün yubiley

Azərbaycan Premyer Liqasının III turunun “Səbail”lə oyunu “Qarabağ”ın iki futbolçusu üçün yubileylə əlamətdar olub.

Futbolxeber.az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, Ağdam klubunun 4:0 hesablı qələbəsində bir qolla pay sahibi olan Dani Kintana komandasının heyətində 40-cı dəfə fərqlənib. 2015-ci ildən “Qarabağ”ın şərəfini qoruyan ispaniyalı legioner yubiley qolunu 139-cu matçında vurub.

Kintananın bu qollarından 31-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 6-sı avrokuboklara təsadüf edib.

Daninin komanda yoldaşı Abdullah Zubir isə yubiley oyununu keçirib. Görüşə ikinci hissədə daxil olan fransalı “Qarabağ”da 50-ci matçına çıxıb. 2018-ci ilin yayında transfer olunan yarımmüdafiəçi Premyer Liqada 25, Azərbaycan kubokunda 4, avrokuboklarda 21 dəfə şans qazanıb

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31