8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Həddindən artıq məsuliyyətlə hazırlaşmışıq”

"Vacib oyuna çıxırıq. Rəqibin ciddi olduğunu başa düşürük. Buna görə oyuna həddindən artıq məsuliyyətlə hazırlaşmışıq. Oyunçular sabah meydanda daha istəkli olacaqlar və ən yaxşısını etməyə çalışacaqlar. Lazım olan nəticəni əldə etmək üçün ən yaxşı oyunlarını göstərəcəklər".

Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Şimali İrlandiya "Linfild"inə qarşı keçirəcəkləri Avropa Liqasının pley-off mərhələsinin cavab matçından öncəki mətbuat konfransında deyib.

47 yaşlı mütəxəssis bildirib ki, avrokuboklarda 100-cü - yubiley qarşılaşmasına çıxacağı barədə düşünmür: "Hər matç bizim üçün vacibdir. Belə turnirlərdə mütləq qələbə lazım olur. Sabah meydanda özümü yox, komandanı düşünəcəyəm. Arzu edirəm ki, "Qarabağ"ın Avropada daha çox oyunu olsun".

"Düşünürəm ki, Azərbaycansayağı künc zərbəsinə ehtiyac olmayacaq. Standart vəziyyəti bəzən rəqibə uyğun yerinə yetiririk. Hazırkı rəqib buna imkan vermir. Amma fərqli nədənsə istifadə edə bilərik" deyən Qurbanov düzgün müdafiə olunmağın vacibliyini diqqə çatdırıb: "Komandalar var ki, qapalı oyun üslubuna üstünlük verirlər. Belə oyunlarımız çox olub. Bəzən 2-3 qol vurmuşuq. Sadəcə, belə görüşlərdə oyunçular daha sərrast və diqqətli olmalıdırlar".

Təcrübəli baş məşqçi tribunaların dolacağına ümidvar olduğunu da deyib: "Düşünürəm ki, stadionda az adam olmayacaq. Fanatların hər birini yanımızda hiss edirik".

Qurbanov son olaraq rəqib həmkarı David Hilinin "Qarabağ" bizim qanımızı içmək istəyəcək" ifadəsinə münasibət bildirib: "Bu, idmandır. Məğlub tərəf mütləq qələbə qazanmaq istəyəcək. İndi həmin matçlardan biridir. İdman prinsiplərinə əməl etməyə çalışacağıq. Çox da belə dərinliklərə getmək istəmirəm. Çalışıb ən düzgününü etməliyik ki, qalib gələk".

Qeyd edək ki, avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" matçı saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Şimali İrlandiya təmsilçisi qələbə qazanıb - 3:2. Cavab görüşündə Azərbaycan komandasına minimal hesablı qələbə də kifayət edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30