29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Hakimlər və hakim-inspektorlar üçün seminar keçirilib

Hakimlər Komitəsinin sədri Fritz Stuchlik və FIFA/UEFA təlimatçısı Kiros Vassarosun rəhbərliyi ilə Premyer Liqa oyunlarına təyinat alan referi, referi köməkçiləri və hakim-inspektorlar üçün seminar keçirilib.

Futbolxeber.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 günlük seminar müddətində iştirakçılar tapşırığa uyğun olaraq Premyer Liqanın 2-ci turunda keçirilmiş “Sabah” - “Keşlə” oyununu izləyib, bir gün sonra isə qarşılaşmada rast gəlinmiş maraqlı situasiyalar və hakim qərarları AFFA-nın inzibati binasındakı iclas zalında müzakirə olunub.

Yeni və müasir veb-platformanın istifadəsi və oyun rəsmilərinin təəssüratları əsasında aparılan təhlil prosesi 3 saata yaxın müddəti əhatə edib. Birinci Divizion hakimlərinin də dəvət olunduğu seminarın sonuncu günündə beynəlxalq oyunlardan hazırlanmış videoçarxlar nümayiş olunub, həmçinin Premyer Liqanın birinci və ikinci turu çərçivəsində keçirilmiş oyunlarda diqqətçəkən bir sıra situasiyalar ətrafında müzakirələr aparılıb.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31