10 Iyun 2024, Bazar ertəsi
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

“Zirə”nin perulu futbolçusu: “Səviyyə məni təəccübləndirib”

Perulu futbolçu Alvaro Ampuero yeni klubu "Zirə"yə transferi barədə danışıb.

Futbolxeber.az-ın məlumatına görə, ölkəsinin futbolperuano.com saytına müsahibəsində o bildirib ki, Azərbaycan komandasına keçməklə bağlı hələ bir neçə ay əvvəl söhbət olub. 26 yaşlı müdafiəçisi deyib ki, danışıqlarda müəyyən müddət ləngimə yaranıb: “Mən Azərbaycan barədə heç nə bilmirdim. Sonradan çox şeyi öyrəndim”.

Alvaro Ampuero “Zirə”nin Perudakı sabiq klubu "Universidad San Martin"ə çox oxşadığını söyləyib: “Mən burada bir neçə məşqdə iştirak etmişəm. Səviyyə məni təəccübləndirib. “Zirə” yeni və yaxşı klubdur. Komandada şərait yaxşıdır. Klubda işlər səliqəli qurulub. “San Martin"ə bənzərliyi var. Hər hansı problem yoxdur. Yaxşı stadionlarının olduğunu da qeyd etməliyəm. Bir sözlə, belə şeylər yalnız Avropada olur, bir az da Cənubi Amerikada”.

Futbolçu baş məşqçisi Samir Abasovla münasibətləri haqda da danışıb: “Məşqçi mənim bir çox videomu görüb. Ümumiyyətlə, bütün klub mənim karyerama bələddir. Məşqçi ilə danışmışam. O, məni bir neçə mövqedə yoxlayıb. İndi dəqiq hansı mövqedə çıxış edəcəyimi söyləyə bilmərəm”.

Alvaro Ampuero Peru millisinə mümkün dəvət haqda da danışıb: “Mən hazırda tanınan liqada deyiləm. Ona görə də bu, baş məşqçinin qərarına təsir edə bilər. İndi öz klubuma və Avropada bir neçə il qalmağa köklənmişəm”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30