Ölkə futbolu
Başını dik tut, “Neftçi” azarkeşi!
“Səbail” və “Qəbələ”nin ardınca “Neftçi” də Avroliqada çıxışını başa vurdu. “Ağ-qaralar” “Bney Yehuda”dan 180 dəqiqə ərzində üstün görünsələr də, yekun nəticədə mərhələ adlayan tərəf rəqib oldu.
Futbol çoxdan daha yaxşı oynayanın, topa daha çox sahib olanın qalib gəldiyi oyun deyil. Müasir futbolda uğur qazanmaq üçün texniki, taktiki, fiziki hazırlıq və ustalıq səviyyəsi ilə yanaşı, istək və döyüşmək də lazımdır. Sonuncu 2 məqamı biz “Neftçi”nin timsalında “Arsenal”la oyularda görsək də, dünən eyni hala şahidlik etmədik. Təəssüf...
Yəqin ki, mövsümün əvvəlində kimsə “Neftçi”nin üçüncü mərhələdə çıxışını başa vuracağını desəydi, buna görə həmin adam qınaq obyektinə tuş gəlməzdi. Amma hazırkı məqamda komandanın pley-offdan kənarda qalması onu tənqid hədəfinə çevirib.
“Arsenal”ı keçən “Neftçi” “Bney Yehuda”nı gözüyumulu keçməlidir”. Bu fikri çoxumuz 9 gün əvvələ kimi səsləndirirdik. Təəssüf ki, özümüz “futbolçular eyforiyaya qapılmamalıdılar” dediyimiz halda, özümüz onlardan daha tez qrup mərhələsinin planlarını cızmağa başlamışdıq.
Hazırda Avropanın ən güclü 6-7 çempionatından biri olan Rusiya Premyer Liqasının ortabab komandasını mübarizədən kənarlaşdıran “ağ-qaralar”dan İsrail kubokunun sahibini də məğlub etməyi tələb edirdik (bəli, məhz tələb edirdik). Azarkeş istəyində də, lap elə tələbində də haqlıdır. Əsl fanat komandası lap “Real”la oynasa belə, yenə qələbə arzusunda olacaq. Bu, təbiidir. Amma reallıqlar var.
Etiraf edək ki, heyəti hazırkı məqamda hər nə qədər güclü hesab edilsə də, “Neftçi” Avropada uğur qazanmağa tam hazır deyil. Komandada axsayan mövqelər var. Məsələn, “Bney Yehuda”nın keçilməməsində əsas pay sahibi olan müdafiə xətti. Cinahlarda yer alan Ömər Buludov və Anton Krivotsyuk təcrübəsizdilər. Hər ikisinin 20-21 yaşları var və gördükləri ən yaxşı halda 8 komandalı Azərbaycan çempionatı olub. Digər tərəfdən də 1-2 il əvvələ kimi Öməri kim tanıyırdı? Unutmayaq ki, Buludovu “Neftçi”yə də, Azərbaycan futboluna da böyük ölçüdə dünəndən istefası tələb olunan Bordin qazandırıb.
İtalyalı mütəxəssisi müdafiə etmək fikrindən uzağam. Aydın məsələdir ki, komanda qalib gələndə baş məşqçidən başqa hamı qələbənin səbəbkarı hesab olunur, uduzanda isə yalnız baş məşqçi günahkardı. Bu, futbolun yazılmayan qanunlarından biridi. Bordin də bunu çox gözəl bilir. Amma italyanın istefasını tələb etmək nə qədər haqdır? Bir tərəfdən adamın müqaviləsi var və inanmıram ki, orada “komanda Avroliqada pley-offa çıxmasa, qovulacaqsan” kimi bir bənd olsun və üstəlik də, komanda özündən zəif “Speranta”ya birinci mərhələdə uduzmayıb ki, işinə son verilsin.
“Neftçi” ikinci mərhələdə “Arsenal”a uduzsaydı, heç bu qədər tənqid olunmayacaqdı. Əlbəttə, bu o demək deyil ki, “Bney Yehuda”nı keçə bilmədiyi üçün komandaya toxunmaq olmaz. Haqlı tənqid olmalıdı, olacaq da. Lakin dünəndən bəri görünən odur ki, “Neftçi”dən, Kamran Quliyevdən, Ceyhun Sultanovdan, Bordindən kim yanıqlıdısa, hamısı feysbukda şirə dönüb. İstefa istəyən kim, Bordinin, rəhbərliyin qovulmasını tələb edən kim. O tənqidlərin 90 faizi qərəzlidir. “Ağ-qaralar”ın büdrəyəcəyini gözləyənlər “Arsenal”a da uduzsaydı, yaxud “Bney Yehuda”nı keçib “Malmö”yə də məğlub olsaydı, yenə qərəzli mövqelərini ortaya qoyacaqdılar.
Əslində, “Neftçi” rəhbərliyi də, baş məşqçi də üçüncü mərhələdəki məğlubiyyətə görə müəyyən bəhanə gətirə bilərlər. İstər püşk olsun, istər zədəlilər və yaxud başqa bir səbəb. Püşk demişkən, “Neftçi”nin püşkdə bəxtinin gətirdiyi iddia olunur. Amma hansı bəxt? Məgər “Arsenal”, “Bney Yehuda”, ya elə “Malmö” Tbilisi “Dinamo”sundan, “Universitatya Krayova”dan, “Dandalk”dan, yoxsa “Linfild”dən zəifdi? Yaxud Dabo zədəli olmasaydı, “Neftçi” hücumun mərkəzində tək Rauf Əliyevin ümidinə qalmasaydı...
Vaxt lazımdı. İndiki “Neftçi”dən böyük uğurlar gözləmək üçün zamana ehtiyac var. Hələ ötən mövsüm başa çatdıqdan sonra görünürdü ki, “Neftçi”nin uğurunu gözləmək üçün səbr etmək lazımdı. Bordin səhvlərdən nəticə çıxarmağı bacarır. Komandanın Avroliqada 2 mərhələ keçməsi də çempionatdakı səhvlərdən çıxardığı nəticələrin hesabınadır. “Bney Yehuda” ilə oyunlardakı səhvlərdən çıxarılan nəticənin nə olacağını isə Allah qismət eləsə, gələn ilin mayında görəcəyik.
“Neftçi”nin Avroliqada bu qədər irələməsində böyük pay sahibi olanlardan biri də azarkeşlərdi. İstər Moldova səfərində, istər Tula səfərində komandanı tək qoymayan “Forza Neftçi”nin çəkdiyi əziyyətin qarşılığı üçüncü mərhələdə məğlubiyyət deyildi. Bu azarkeşin haqqı “Neftçi”ni qrup mərhələsində görmək idi. Təəssüf ki, bəzi futbolçular “ağ-qaralı” formanın dəyərini sadiq azarkeşlər qədər anlamırlar, dərk etmirlər. Əks halda bu gün “Neftçi”nin şəninə təriflər deyilir, komanda isə İsveç səfərinin planlarını cızırdı. Amma olmadı.
Əsl azarkeş odur ki, təkcə yaxşı yox, həm də pis, çətin gündə də komandasının yanında olsun. Odur ki, əsl azarkeşləri isə bazar ertəsi, “Bakcell Arena”da görəcəyik. Başını dik tut, “Neftçi” azarkeşi! Sənin komandanın zəiflər qarşısında əzilmədi.
İBRAHİM
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- “Neftçi”də maliyyə böhranı
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi
-
17:52
"Qızıl top" sahibinə nə vaxt qovuşacaq?
-
16:44
Azərbaycanın amputant millisi Yunanıstana qalib gəlib
-
16:38
Silvinyo: "Azərbaycan millisi bizi çətin vəziyyətə sala bilər"
-
15:19
Ayxan Quseynov "Turan Tovuz"la yeni müqavilə imzaladı
-
14:51
DÇ: Azərbaycan şahmatçısı vahid lider oldu
-
14:27
Azərbaycan - Albaniya: 19 manatdan 221 manatadək...
-
13:46
Azərbaycan paraüzgüçüləri Dünya Seriyasında iştirak edəcəklər
-
13:15
Azərbaycanla oyunu canlı izləyəcək
-
12:33
Həndbol millimiz Rusiyaya yollanıb