9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Abukasis özündən çıxdı: “Belə axmaq suallara cavab verməyəcəyəm”

"Birinci hissə bizim üçün yaxşı alındı, bir neçə təhlükəli epizod yaratdıq, iki qol vurduq. Amma sonra yorulduq. Çünki bu, bizim ilk rəsmi oyunumuz idi".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri  "Bney Yehuda"nın baş məşqçisi Yossi Abukasis Avropa Liqasının 3-cü təsnifat mərhələsinin "Neftçi" ilə Bakıda keçirilən oyunundan (2:2) sonra mətbuat konfransında deyib.

- İkinci hissədə sadəcə müdafiəni düşünürdük. Oyundan əvvəl matçın 2:2 hesabı ilə nəticələnəcəyini desəydilər, razı olardım. Amma 2:0 hesabı ilə öndə olandan sonra belə nəticə ürəyimizcə olmadı.

- Qeyd etdiniz ki, ikinci hissədə müdafiəyə çəkilmişdiniz. Sanki daha çox hesabı qorumağa çalışırdılar. Futbolçuların tez-tez vaxtı uzatmaq üçün yerə yıxılırdıllar. Bu oyununuzdan utanırsınızmı?

- Üzr istəyirəm, belə axmaq suallara cavab verməyəcəm. Sizin komandanız ikinci qolu əlavə olunmuş vaxtda vurdu. Sizin üçün heç də pis nəticə sayılmamalıdır. Yenə belə suallar versəniz, mətbuat konfransını tərk edəcəm.

- Evdə də müdafiə futbolu oynayacaqsınız?

- Yenə bu oyuna baxacağıq. Ondan sonra cavab matçında necə çıxış edəcəyimizlə bağlı qərar verəcəyik.

- Bu hesabdan sonra şansları yenə 50/50-ə sayırsınız?

- Bu barədə hələ heç nə deyə bilmərəm. Dünən dediyim kimi, "Neftçi" çox güclü komandadır. Təəssüf ki, biz cavab görüşünə qədər əlavə oyunçu sifariş ərizəsinə sala bilməyəcəyik. Oradakı matçın necə nəticələnəcəyini həyat göstərəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30