9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Ramin Musayev: “Hamınızdan xahiş və tələb edirəm...”

Bu gün AFFA-nın inzibati binasında futbol üzrə Azərbaycan I Divizionunun 2019/2020-ci illər mövsümünün püşkatma mərasimi keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, klub nümayəndələri, jurnalistlər, futbol ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Hamını salamlayan və növbəti mövsümdə komandalara uğurlar arzu edən PFL prezidenti R.Musayev I Divizion barəsində fikirlərini bölüşüb:

“Təəssüf ki, ötən il də bəzi oyunlar ətrafında mənfi söhbətlər dolaşdı. Hətta hadisələrdən heç bir məlumatı olmayan komandaların adı da olaylar ətrafında hallandı. Mən hamınızdan xahiş və tələb edirəm, idman prinsipinə sadiq qalaq, yaradılmış şəraitdən normal istifadə edək. Atılan neqativ addımlar gənc futbolçulara təsir edir. Futbolçulara düzgün nümunə olmaq lazımdır. Çalışın, yeni futbolçular yetişdirin. Bizim çempionatı keçirmək səbəblərimizdən biri də milli komandaya futbolçu yetişdirməkdir. Əgər il ərzində hər komanda milli üçün heç olmasa 1 futbolçu yetişdirə bilsə, bu, mövsümün sonunda yığma üçün 12-13 yeni futbolçu deməkdir.”

Qeyd edək ki, I Divizionda ilk turun oyunları 22-23 avqustda baş tutacaq (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30