9 Iyun 2024, Bazar günü
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu

Ölkə futbolu

Millimizin üzvü "Bney Yehuda"nın "Neftçi"ni keçməsini arzulayır

"Sumqayıt"dan ayrılan millimizin üzvü Əli Babayev Avropa Liqasının üçüncü təsnifat mərhələsində bu gün keçiriləcək "Neftçi" - "Bney Yehuda" oyunu öncəsi fikirlərini bildirib.

Futbolxeber.az-ın məlumatına görə, İsrail əsilli futbolçu "maariv.co.il" saytına müsahibəsində Bakı klubu haqda müsbət fikirlər səsləndirib:

"Bordinin çalışdırdığı komanda möhtəşəmdir. İtaliyalı mütəxəssisləri müdafiəyə meyilli olduqları söylənilir. Ancaq Roberto Bordinin komandası daha çox hücum futbolu oynayır. İsrail liqasında oynasalar, ən yaxşılardan biri olarlar. Əlbəttə, müdafiə xəttləri ən güclü deyil, "Bney Yehuda" hücumlarda bir şans tapa bilər. Kapitanları Emin Mahmudov var. Bildiyim qədər ötən oyunda meydanı vaxtından əvvəl tərk edib. Baqali Dabo da zədəlidir. Stiven-Jozef Monrozu "Qəbələ"dən gətirdilər. Dario Frederiko Cənubi Koreyadan qayıtdı. Bu futbolçulara qarşı diqqətli olmaq lazımdır".

O, hansı komandanı görüşün favoriti hesab etməsi ilə bağlı sualı isə belə cavablandırb: "Neftçi"nin şansı "Bney Yehuda"dan çoxdur. Mərhələ adlayacaqlarmı? Bunu bilmirəm. Bakıda və "Neftçi"də dostlarım çox olsa da, "Bney Yehuda"nın mərhələ keçməsini arzulayıram. Səbəbini bilmirəm, amma "Bney Yehuda"nı sevirəm".

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30