29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ndlovu: "Qarabağ"la APOEL-in şansları bərabərdir"

“Xançjou Qrintaun”un (Çin) futbolçusu Dino Ndlovu sabiq klubu "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində APOEL-lə oyunlar öncəsi fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, vaxtilə Kiprin “Anortosis” klubunda oynayan 29 yaşlı hücumçu hər iki komandanın şanslarının bərabər olduğunu deyib: "Qarabağ"ı yaxşı tanıyıram, APOEL-in də necə komanda olduğunu bilirəm. Hər iki komandanın bugünkü durumu barədə dəqiq məlumatım olmasa da,mərhələ keçmək şanslarını 50-nin 50-yə hesab edirəm. Bu, böyük maraqla gözlənilən iki vacib oyun olacaq. Hər iki komanda nəyin bahasına olursa olsun, Çempionlar Liqasının pley-offuna düşmək istəyir”.

Qeyd edək ki, “Qarabağ”la APOEL arasında ilk oyun sabah Nikosiyada olacaq. Matç Bakı vaxtı ilə 21:00-da başlayacaq. Avqustun 13-ü Bakıda keçiriləcək cavab qarşılaşmasına isə yerli vaxtla saat 20:30-da start veriləcək.

Xatırladaq ki, Ndlovu 2016-2017-ci illərdə Ağdam klubunda oynayıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31