29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Petrov: “Əgər Tulada uduzsaydıq...”

“Əgər Tulada uduzsaydıq, buna görə təyyarə reysinin gecikməsini bəhanə etmək doğru olmazdı. Biz peşəkarıq. Yaxşı həkimlərimiz və massajçılarımız var. Onlar futbolçuları oyuna hazırlaya bilmişdilər”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin müdafiəçisi Kirill Petrov Rusiyanın “İzvestiya” qəzetinə açıqlamasında deyib.

Bu gün Tula “Arsenal”ına qarşı keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsinin oyunu barədə fikirlərini açıqlayan ukraynalı futbolçu deyib: “Tulada atmosfer super idi. Yerli azarkeşlərin dəstəyi bizə təzyiq olmadı. Əksinə stadionu dolu görmək xoş idi. Biz onlar üçün oynayırıq. Bakıda arena kiçikdir. Çempionatın matçlarına çox adam gəlmir. Amma ümid edirəm ki, “Arsenal”la cavab matçında stadion dolacaq. Məncə, ikinci oyun birinciyə bənzəyəcək. Biz üstünlük barədə düşünməməliyik. Meydana ilk matç 0:0 hesabı ilə yekunlaşıbmış kimi çıxacağıq”.

Xatırladaq ki, “Neftçi” ilk matçda səfərdə “Arsenal”a 1:0 hesabı ilə qalib gəlib. Bu komandaların təkrar oyunu bu gün Bakıda keçiriləcək və saat 21.00-da başlanacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31