Ölkə futbolu
“Mübarizə aparmaq lazımdır ki...”
"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının 2-ci təsnifat mərhələsinin Tula "Arsenal"ı ilə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Futbolxeber.az saytının məlumatına görə, əvvəlcə sabahkı qarşılaşma ilə bağlı fikirlərini açıqlayan italiyalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- İlk oyundan fərqli, bizə daha çətin olacaq. Sabah "Arsenal" dəyişikliklər etməyə, nəticəyə təsir göstərməyə çalışacaq. Rəqib güclü komandadır. Onlar ilk görüşdə də bunu nümayiş etdirdi. Geri çəkilmədilər və güclü olduqlarını göstərdilər. Bu üzdən də bizi çox çətin oyun gözləyir. Diqqətli olmalıyıq, sona qədər konsentrasiyanı itirmək olmaz.
- “Arsenal”ın İngiltərə yox, Rusiya təmsilçisi olduğunu və rəqibin avrokuboklarda debüt etdiyini nəzərə alsaq, “Neftçi”nin şansının daha yüksək olduğunu düşünmək olarmı?
- Bu iki komandanı müqayisə etməzdim. Hər klubun özəllikləri var. Tula “Arsenal”ı da güclü komandadır. Bunu ilk görüşdə göstərdilər. Bura vaxt itirməyə yox, gözəl oyun və uğurlu nəticə üçün gəliblər. İlk matçdan sonra cüzi də olsa üstünlüyümüz var. Sabah doğma azarkeşlərimizin önündə oynayacağıq. İlk dəqiqələrdən vuruşmaq lazımdır ki, istədiyimiz nəticəni əldə edə bilək.
- İlk oyunda rəqibi düzgün təhlil etməyiniz nəticəsində 1:0 hesablı qələbə qazandınız. Rəqib sizin mübarizə əzminizi artıq çözüb. Taktiki baxımdan sabah sizdən sürpriz gözləmək olarmı?
- Düzdür, qələbə qazanmışıq və bu, bizə üstünlük verir. Amma düşünmürəm ki, sabah hansısa tərəfdən sürpriz olsun. Sadəcə, mübarizə aparmaq lazımdır ki, istədiyimiz nəticəni qazana bilək. Meydana ilk matçın nəticəsini düşünərək çıxmaq olmaz. Sabah Tuladakı görüşü unudacağıq.
- İlk oyunda Platellası ehtiyatda saxladınız və rəqib bu sürprizinizə hazır deyildi. Sabah onu start heyətində meydanda görə biləcəyikmi?
- Bu gün daha bir məşqimiz olacaq. Bundan sonra heyəti müəyyənləşdirib, sabahkı qarşılaşmaya hazırlayacağam. Bir məşqçi üçün ən vacib amillərdən biri də bütün oyunçuların əlinin altında olmasıdır. Bizdə də belə olmasına sevinirik.
- Dabo qarşılaşmaya nə dərəcədə hazırdır?
- Dabo sabah oynayacaq. Düzdü, hələ tam hazır deyil, çünki bərpa prosesini keçir. Bunun sürətli formada keçməsinə sevinirəm. İntensiv məşqlər edir. Hər şey yaxşılığa doğru gedir.
- “Arsenal” avrokuboklarda debüt edir. Siz isə müntəzəm bu turnilərə qatılırsınız. Bu amil sizə üstünlük verirmi?
- Təcrübə hər zaman önəmlidir. İstər daxili çempionatda, istərsə də avrokuboklarda. “Arsenal”ın avrokubok təcrübəsi olmasa belə, biz Premyer Liqa klubuna qarşı çıxış edəcəyik. Rəqibin güclü futbolçuları və məşqçisi var.
- Rusiyada mövsüm artıq start götürüb. Sizcə, bu, “Arsenal”ın xeyrinədirmi?
- Üstünlük verə də bilər, verməyə də. Oyun praktikası hər zaman önəmlidir. Fiziki cəhətdən rəqibə üstünlük verir. Onlar üç turdur oynayırlar, fiziki cəhətdən daha hazırlıqlıdırlar. Bizdə ötən oyundan bu günə qədər dincəlmək üçün vaxt olub. Bu da bizə üstünlük verə bilər. Amma rəqib son bir həftə ərzində iki oyun keçirib. Bu, onların baş məşqçisini dəyişikliklər etməyə məcbur edir.
- Rusiyadakı oyundan əvvəl daha inamlı görünürdünüz, səfərə qələbə dalınca getdiyinizi demişdiniz. Ancaq bu gün ehtiyatlı danışırsınız. Rəqibin hansısa sürprizindən ehtiyatlanırsınız?
- Deməmişdim ki, Rusiyada 100 faiz qələbə qazanacağıq. Bildirmişdim ki, qələbə qazanmağa çalışacağıq.
- “Neftçi”də uzaq məsafədən zərbə vurmağa meylli futbolçu azdır ki, bunlardan biri də Rəhman Hacıyevdir. Sabah Rəhmanı meydanda görə bilərikmi?
- Sizin sözlərinizdən belə çıxır ki, rəqibə yalnız uzaq məsafədən zərbələrlə cavab verməliyik? Bizim məqsədimiz 1:0 hesabını qorumaq deyil. Öz oyunumuzu göstərib, uğurlu nəticə göstərmək istəyirik. Rəqibin sabahkı oyununa əsasən onlara cavab verməyə çalışacağıq. Rəhman komandanın aparıcı oyunçularından biridir. Lazım olanda ondan da yararlanacağıq. Rəhmanın ən yaxşı xüsusiyyətlərindən biri də uzaq məsafədən gözəl zərbələr vura bilməsidir. Bunu “Sperantsa” ilə görüşdə də gördük. Amma sabah “Arsenal”a komanda şəklində cavab verməyə çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”