9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Volkov: “Hər şey Tbilisidəki görüşdə həll olunacaq”

“Yüngül zədəm var idi, amma indi hər şey qaydasındadır. Zədəm tam sağalıb və oyuna hazıram”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin gürcü yarımmüdafiəçisi Davit Volkov ölkəsinin mətbuatına açıqlamasında deyib.

Avropa Liqasının 2-ci təsnifat mərhələsində Tbilisi "Dinamo"su ilə Qəbələdə keçiriləcək ilk oyun haqda danışan futbolçu matça ciddi hazırlaşdıqlarını bildirib:

"Oyuna yaxşı hazırlaşmışıq. "Dinamo" ilə oyundan gözləntilər böyükdür. Tam olaraq, bu matça köklənmişəm. Hər şey Tbilisidəki görüşdə həll olunacaq. Kim daha istəkli olsa, o da növbəti mərhələyə adlayacaq".

"Qəbələ"nin yeni transferi Merab Qiqauri haqda danışan Volkov həmyerlisini tərifləyib: "Merab komanda üçün yaxşı oyunçudur. Məşqçilər onun oyununu bəyənir".

Qeyd edək ki, sabah Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ" - "Dinamo" oyunu yerli vaxtla 19:00-da başlayacaq. Cavab matçı isə 1 həftə sonra Tbilisidə olacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30