Ölkə futbolu
Bordin: “Bu qələbə bütün komandanındır”
“Çətin oyun olacağını bilirdik. Oyunçularıma tapşırmışdım ki, rəqibi düzgün qiymətləndirsinlər, yuxarıdan aşağı baxmasınlar. Bu cür nəticədən sonra bəziləri düşünə bilər ki, asan qələbə qazandıq. Bu, heç də belə deyil. Oyunun əvvəli istədiyimiz kimi getmirdi. Buna baxmayaraq, futbolçularımın oyuna yanaşması yaxşı oldu və gözəl qələbə qazandıq”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində "Sperantsa" ilə cavab görüşündən (6:0) sonra mətbuat konfransında deyib.
- Düşünmürsünüz ki, oyunun ulduzu İsmayıl Zülfüqarlı oldu?
- Bu qələbə bütün komandanındır. Hamı gözəl oyun nümayiş etdirdi. Hamı özünü yaxşı göstərdi. İsmayılın oyununu da yaxşı qiymətləndirirəm. Mübarizəyə yaxşı qoşuldu. İkinci oyununu keçirdi. Qol vurmasını hədiyyə hesab edirəm.
- II mərhələdəki rəqibiniz "Arsenal"ın həftəsonu çempionat oyunu var. Həmin matçı izləmək üçün Rusiyaya səfər etmək planınız varmı?
- Ola bilsin ki, kimisə göndərdik. Planda var. Başqa vasitələr də var. Müzakirə etdikdən sonra bir qərar verəcəyik. Onu deyə bilərəm ki, bizi çətin oyun gözləyir.
- İki oyunda 9 qol vursanız da, hücumçunuz Rauf Əliyev susqun oldu. Bu, daha ciddi rəqiblə oyunöncəsi siqnal deyil?
- Düzdür, Rauf fərqlənmədi. Amma bu, siqnal deyil. Onun göstərdiyi oyun komandaya çox xeyir verdi. Oyunçunun komandaya xeyri çox önəmlidir. Bəzi neqativ halları növbəti matça qədər düzəltməliyik.
- Bu, Azərbaycan klublarının avrokuboklar tarixində ən böyükhesablı qələbəsi oldu. Bu gün nədənsə narazı qaldınız?
- Sevinirəm ki, Azərbaycanın futbol tarixinə düşdük. Razı qalmadığım amil oyunçular arasında əlaqənin istənilən səviyyədə olmaması və topu tez itirməyimiz idi.
- Jozef Monrozun transferindən sonra demək olarmı ki, Baqali Dabo sağaldıqdan sonra hücumun mərkəzində çıxış edəcək?
- Dabo da, Monroz da hücumun hər üç mövqeyində oynamağı bacarır. Əsas odu ki, Dabo tezliklə hazır olsun. Baş məşqçi bütün oyunçularının əlinin altında olmasını istəyir ki, seçim imkanı geniş olsun.
- İsmayıl Zülfüqarlı oyunun gedişində və ondan sonra çox dəstək gördü. Onun tez ulduz xəstəliyinə tutulmasından qorxmursunuz? Gənc futbolçu ilə söhbət etmək fikriniz var?
- İnanmıram belə olsun. Ulduz xəstəliyinə tutulsa, onu tez sağaldarıq (gülür). İsmayıl bu gün oyuna çox yaxşı daxil oldu, qol epizodunda da düzgün mövqe seçmişdi. Ona görə çox sevinirəm. Verilən şanslardan istifadə etməyə çalışmalıdır. Bu gün də bu imkandan düzgün yararlandı. Cavan oyunçudur, öz üzərində çox çalışmalı, inkişaf etməlidir. Ətrafında təcrübəli oyunçular var, onlardan götürməli olduğu çox şey var.
- Ardıcıl iki böyükhesablı qələbə komandaya iki cür təsir edə bilər: motivasiyanı artıra və ya eyforiya yarada bilər. Bunu nəzərə alırsınızmı?
- Dediyim kimi, oyunçularıma rəqibi düzgün qiymətləndirməyi tapşırmışdım. Hər iki oyunda qazanılan qələbə bizim üçün böyük motivasiya olacaq. Qarşıda bir neçə gün var ki, komandanı yaxşı hazırlaşdıraq. Çünki bizi olduqca güclü rəqiblə oyunlar gözləyir (matc.az).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
- Mövsümün bəxtsizi - “Səbail”
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”