29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Ağabala Ramazanov: “Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür”

“Vurduğum qollara görə sevinirəm. Hesaba gəldikdə isə sizin kimi mən də üzülürəm. Çünki evdə 3 top buraxmaq bizi məyus edir. Bilirik ki, səfərdə bu cür rəqiblə çox çətin olacaq. Amma cavab oyununa daha ciddi hazırlaşacağıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in hücumçusu Ağabala Ramazanov Avroliqanın birinci təsnifat mərhələsinin ilk görüşündə "Universitetya Karayova"ya 2:3 hesabı ilə məğlub olduqları matçdan sonra jurnalistlərin suallarını cavanlandırarkən deyib.

“Fikirləşmirsən ki, hamı sənin kimi mübarizə aparsaydı, hesab başqa cür olardı?” sualını o, belə cavablandırıb:

“Bu, məşqçiyə aiddir. Mənim xarakterimi bilirsiniz. Çalışıram ki,  hər qarşılaşmada mübarizə aparım”.

Ağabala bugünkü məğlubiyyətdən sonar komandasının mərhələni keçmək şansının az olduğunu bildirib:

“Bir-birimizi aldatmayaq. Rəqibimiz çox güclüdür. Büdcə tərəfdən belə baxsaq, görərik ki, bizdən 5-6 qat üstündürlər. Çalışacağıq ki, ən azından yaxşı mübarizə aparaq, nəticə qazanaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31