28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Aftandil Hacıyev: "Səfərdə toxunulmazlığımızı saxlamalıyıq"

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda Rumıniyanın "Universitatya Krayova" klubuna uduzan "Səbail"in baş məşqçisi Aftandil Hacıyev fikirlərini bölüşüb. Futbolxeber.az saytının məlumatına görə, 37 yaşlı mütəxəssis geri dönüş etməyin çətin olduğunu deyib:
 
"Maraqlı oyun alındı. Daha çox taktiki baxımdan maraqlı gedişlər oldu. Rəqib keyfiyyətli oyunçulara sahibdir. Bizdə olan komplektləşmə problemi onlarda yoxdur. Futbolçularım tapşırıqları düzgün yerinə yetirdi. Bizi daha çətin səfər oyunu gözləyir. Günahkar axtarmırıq. Futbolçularımın fiziki hazırlığı istənilən səviyyədə deyildi. Rəqibi yaxşı təhlil etmişdik, ancaq onlar daha hazırlıqlı idi. “Səbail” gənc komandadır. Müəyyən büdcə var ki, nə azalır, nə də çoxalır. Futbolçularımız demirəm keyfiyyətli deyil, ancaq rəqiblə mübarizə aparmaq çətindir. Geri dönüş etmək çətin görünür. Rəqibin keyfiyyətli futbolçuları var. Səfərdə toxunulmazlığımızı saxlamalıyıq"
 
Hacıyev hücum xəttində rəqabətin olmadığını deyib: "İndiki durumda Mirabdulla Abbasovdan bir şey gözləmirik, digər oyunçular kimi. Ancaq ona inanırıq ki, bizə fayda verəcək futbolçu olacaq. Çalışırıq ki, yerli futbolçulara daha çox güvənək. Mirabdulla ilə rəqabət aparacaq futbolçu yoxdur. Rəhbərliklə bu haqda danışacağıq, imkan olsa, tək onun mövqeyində yox, digər mövqelərdə də rəqabəti artıracağıq".
 
Gənc mütəxəssis Maykl Essyenlə bağlı bunları deyib: "Essyen bizə 2 ay yarım bundan qabaq qoşulub, ondan əvvəlsə, bir qədər futbolsuz qalıb. Çalışırıq ki, ondan maksimum istifadə edək. Nə qədər bacaracaqsa, onu o qədər meydanda saxlayacaq. Bu gün Essyenin “Səbail”də olması, bizi varlı klub kimi göstərə bilər".
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31