8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Qurban Qurbanov: "Partizani"nin bu qədər müdafiədə oturacağını gözləmirdik"

Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində səfərdə Albaniyanın "Partizani" klubuyla heç-heçə edən (0:0) "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bölüşüb. Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, 47 yaşlı mütəxəssis matçın çətin keçdiyini deyib:
 
"Ümumi götürdükdə, 90 dəqiqə ərzində topa biz nəzarət etdik. Rəqibin bu qədər müdafiədə oturacağını gözləmirdik. Taktiki cəhətdən çox intizamlı oynadılar. Rəqib ikinci hissənin əvvəllərində bir neçə epizod yaratdı, azarkeşləri önündə nə isə etməyə çalışmalıyıdılar. "Partizani" göstərdi ki, sürətli əks-hücuma çıxa biləcək yaxşı oyunçuları var, Bakıda da buna hazır olmalıyıq. Bu qarşılaşmanı ümumi analiz etdikdən sonra cavab matçında müəyyən dəyişikliklər edə bilərik".
 
- Bu matçı ötən mövsüm "Kukesi" ilə 0:0 hesablı heç-heçə etdiyiniz ilk oyunla müqayisə etmək olar?
 
- Düşünmürəm. "Kukesi" və "Partizani" fərqli keyfiyyətlərə malik komandadır. Bir il öncə keçirilən oyunu düşünmürəm.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30