29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Sabah"da fransalı hücumçu

Növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirən "Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisi Qvineya əsilli fransalı futbolçu Amadu Diallonun keçidini həll edib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə bağlanıb.

Diallo karyerası ərzində “Monako B” (Fransa), “Namur” (Belçika), “Vayt Star” (Belçika), “Serkl Brügge” (Belçika) klublarının uğurları üçün çalışıb. O, son mövsümdə Fransanın “Red Star” klubunda çıxış edib. Amadu Qvineya millisinin U-23 komandasının da üzvü olub.

Qeyd edək ki, bu, "Sabah"ın mövsümlərarası fasilədə 6-cı transferidir. Bakı klubu daha əvvəl Cavid Tağıyev, Kevin Kubemba, Ruslan Abışov, Məhəmməd Mirzəbəyov və Bəhlul Mustafazadəni heyətinə qatıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31