8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qarabağ" və bəzi klublarla görüşmüşük"

"Qarabağ"ın transfer hədəfində olan Cənubi Afrika Respublikası millisinin qapıçısı Darren Kitin agenti Vasili Barbis açıqlama verib.
 
Futbolxeber.az saytının məlumatına görə, "Bidvest Vits" klubu ilə müqaviləsi başa çatan 29 yaşlı qolkiperlə "Qarabağ"la yanaşı, İsveç və Portuqaliya klubları da maraqlanır. Barbis qapıçının CAR-ı tərk etmək qərarına gəldiyini deyib:
 
"İsveçdən təklifimiz oldu. "Qarabağ" və bəzi klublarla görüşmüşük. "Qarabağ" birbaşa danışıqlara keçən klublardan biridir. Hazırda Portuqaliyadan dəqiq təklif almışıq. Orada danışıq apardığımız bir klub var və gələn həftə başqa komanda ilə də bir araya gələcəyik. Qarşıdan Afrika kuboku gəlir. Turnirə köklənmək üçün ayın sonuna qədər qərar verəcəyik. Kitin CAR-ı tərk etmək fikri qətidir. Ağlı Avropada qalıb. Gələn mövsüm orada oyynayacaq". 
 
Qolkiperlə "Qarabağ", Belçikanın "Mexelen" klubu və Portuqaliya Premyer Liqa təmsilçisi maraqlanır. Kit 2016-cı ildən "Bidvest Vits"də çıxış edirdi. O, 2013-cü ildən yığmaya dəvət alır. Təcrübəli qapıçı 2011-2016-cı illərdə Belçikanın "Kortreik" klubunda oynayıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30