9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Aqolli: "Partizani" "Qarabağ"dan qol buraxsa..."

“Qarabağ”ın sabiq futbolçusu, hazırda “Nyu York Kosmos” forması geyinən Ansi Aqolli ölkəsinin mətbuatına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:
 
- “Partizani” “Qarabağ”a qarşı oynayacaq. Albaniya çempionunun şansını necə dəyərləndirirsən?
 
- Futbolda hər şey mümkündü. Təbii ki, “Qarabağ”ın Avropa Liqası və Çempionlar Liqasındakı təcrübəsi həlledici rol oynaya bilər. Hansı komandanın nə qədər şansı olduğunu isə oyunlar göstərəcək.
 
- “Partizani” uğurlu nəticə qazanmaq üçün nə etməlidi?
 
- İki ideal oyun göstərməli və bir səhv belə buraxmamalıdı. Bu yetərli olacaq. “Partizani” “Qarabağ”dan qol buraxsa çox çətin olacaq.
 
- Hansı komandaya azarkeşlik edəcəksən?
 
- Azarkeşlik etmək? Mən “Qarabağ”da 10 il oynamışam, baş məşqçi mənə ikinci ata kimidi. Mən heç yerdə bu qədər çox oynamamışam. “Qarabağ”ın kapitanı mənə qardaş kimidi. Birlikdə çörək yemişik, bizim çətin və yaxşı anlarımız olub. Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda hamısı qardaşlarımdı. Üstəlik menecer, direktor, prezident də mənə yaxındı. Mən bu komandada sanki ailə kimi olmuşam. “Qarabağ” mənim üçün ikinci ev kimidi. “Partizani” ilə isə məni birləşdirən, sadəcə bu klubun Albaniyadan olmasıdı. 
 
- Əgər onlar sizə kömək üçün müraciət etsələr necə olacaq?
 
- Düşünmürəm ki, “Partizani”nin mənim köməyimə ehtiyacı var. İnternet indi daha çox kömək ola bilər. İnstaScout və WhyScout kimi proqramlar var. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30