29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Azəbaycanlı futbolçu 27 yaşında karyerasını bitirdi

"Sumqayıt"ın futbolçusu Nicat Qurbanov karyerasını başa vurub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə 27 yaşlı yarımmüdafiəçi Feysbuk hesabında yazıb. O, artıq futboldan getməyin vaxtı olduğunu bildirib:

"Heç vaxt ağlıma gəlməzdi ki, qərarı belə tez açıqlayacam. Həyat adamı bəzən sevdiyi işdən ayrı salır. Bu gün peşəkar karyeramla bağlı son şəklimi paylaşıram. Çox çətin və tez olsa belə, getmək vaxtı olduğunu düşündüm. Çox məşqçilər tanıdım, çox futbolçularla bir yerdə oynadım. Yaxşısı da oldu, pisi də. Amma pisləri elə futbolda saxladım, yaxşılar isə həmişə mənimlə olacaq. 11 yaşımdan çıxdığım bu çətin və çox maraqlı yol bu gün bitdi. Bu 16 il ərzində məni az da olsa dəstəkləyən hamıya təşəkkürümü bildirirəm".

Qeyd edək ki, Nicat Qurbanov karyerası ərzində "Neftçi", "Kəpəz", "Zirə" "Simurq" və AZAL-da da çıxış edib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31