7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

AÇ-2020-nin VİP paketlərinin qiyməti açıqlandı

AÇ-2020-nin final mərhələsinin oyunlarını izləmək istəyən azarkeşlər üçün rəsmi qonaqpərvərlik paketlərinin qiymətləri açıqlanıb.
 
Futbolxeber.az saytının UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, paketlər üç müxtəlif kateqoriyaya bölünüb. Bunlar "The Suite" (şəxsi kabinetlər), "The Lounge" (Biznes zalları) və "The 2020 Club" (Rahat şəraitli klublar) adlanır.
 
"The Suite" və "The Lounge" paketləri 980 avrodan başlayan qiymətlərlə təklif olunur. Azarkeşlər "The 2020 Club" paketlərini isə 780 avrodan başlayan qiymətlərlə əldə edə bilərlər.
 
Bakı Olimpiya Stadionundakı oyunlarda "The 2020 Club" paketi 780 avrodur. Azarkeşlər bu arenadakı qızıl paketləri isə 1400 avroya əldə edə bilərlər. "The 2020 Club" paketinə oyun bileti, məkan və yeməklər daxildir.
 
AVRO-2020 üçün bilet satışının ilk mərhələsi bu gündən iyulun 12-dək keçiriləcək. Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində təşkil olunacaq. Qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda baş tutacaq. Ən ucuz biletlər Bakı, Budapeşt və Buxarest şəhərlərindəki oyunlar üçün nəzərdə tutulub. Bu şəhərlərdəki matçlara 30 avroya baxmaq mümkün olacaq. İkinci kateqoriyalı bilet 75 avroya, üçüncü kateqoriyalısı isə 125 avroyadır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30