8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Halldorsson “Qarabağ”dan getdi

“Qarabağ” bu gün bir futbolçusu ilə yolları ayrılıb.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlimata görə, islandiyalı qapıçı Hannes Tor Halldorssonla müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Mövsümün əvvəlində transfer olunan Hannes bu mövsüm 8 oyunda ( 4 Premyer Liqa, 4 avrokubok) meydanda olub. Klub qolkiperə göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, DÇ-2018-də Argentina ilə matçda Messinin penaltisini qaytarmaqla məşhurlaşan Halddorson "Qarabağ"a ötən ilin avqustunda böyük ümidlərlə transfer olunmuşdu. Amma o, Vaqner da Silva ilə rəqabəti uduzaraq əsas heyətdə yerini itirmişdi. Meydana az-az çıxması həm Haldorssonun özünün, həm də İslandiya millisinin məşqçi heyətinin narazılığına səbəb olmuşdu.

Xatırladaq ki, "Qarabağ" bu mövsümün gedişatında daha əvvəl Coşqun Diniyev və Ansi Aqolli ilə də yolları ayırıb.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30