9 Iyun 2024, Bazar günü
“Zirə”də üç yeni müqavilə - RƏSMİ
Millimizin heyətində dəyişiklik
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu

Ölkə futbolu

AFFA "Keşlə"də yoxlama aparır

Çempionatda bərbad mövsüm keçirən “Keşlə”də daxili vəziyyət də ürəkaçan deyil.

"Qafqazinfo"nun məlumatına görə, klubun maddi problemləri mövcuddur.

Məhz bu səbəbdən transferlərdə daha az ödənişli futbolçulara üstünlük verilib. Lakin problemlər bununla bitmir.

Saytın əldə etdiyi digər məlumata görə, Vergilər Nazirliyi də klubun apardığı maliyyə əməliyyatlarını yoxlayır, klub rəhbərliyindən xərclənən pulların hesabatları soruşulur.

Bundan başqa, transferlərə gedən pulların da hamısının hesabatları tələb edilir. Hazırda nazirliyin yoxlamaları davam edir.

Qeyd edək ki, klubun Müşahidə Şurasının sədri Zaur Axundovdur.

***

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov “Qafqazinfo” ilə əlaqə saxlayaraq klubda yoxlamaların olmasını təsdiq edib. Lakin o bildirib ki, bu yoxlamalar Vergilər Nazirliyi tərəfindən yox, AFFA-nın daxili auditorları tərəfindən aparılır: “Klubda aparılan yoxlamalar Vergilər Nazirliyi deyil, AFFA-nın daxili auditorları tərəfindən aparılır. Bu da Premyer Liqanın bütün klublarına aiddir. Heç bir problem də aşkarlanmayıb”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30