7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

“Keşlə”nin problemi odur ki, rəhbərlik baş məşqçinin işinə qarışır”

Qış fasiləsindən "Keşlə"dən ayrılan Bahodir Nasimov Özbəkistan mətbuatına müsahibə verib.

- Sizin Azərbaycan klubu ilə 1 illik müqaviləniz var idi. Necə oldu ki, oradan ayrılıb, "Navbaxor"a keçdiniz?

- Səbəb odur ki, "Keşlə"də olarkən məni meydana buraxmırdılar, daim ehtiyatda qalırdım. Son oyunlarda isə ümumiyyətlə heyətə düşmürdüm. Baş məşqçi (Tərlan Əhmədovu nəzərdə tutur) məni "qaralamışdı". Klub rəhbərliyi ilə görüşüb, komandadan ayrılmaq istədiyimi bildirdim.

- Oynamamağınıza səbəb nə idi? Baş məşqçi ilə aranızda konflikt var idi, yoxsa başqa məsələyə görə sizə şans vermirdi?

- Son 6 ayda komandada 3 məşqçi dəyişdi. Klubun ən böyük problemi odur ki, rəhbərlik həmişə baş məşqçinin işinə qarışır. Hətta iş o yerə çatmışdı ki, meydana çıxan oyunçuları da klub prezidenti müəyyənləşdirir, kimin oynayıb-oynamayacağı ilə bağlı baş məşqçiyə göstəriş verirdi. Məni oyunun sonuna 5-10 dəqiqə qalmış meydana buraxır, maksimum 1 hissə oynamağa icazə verirdilər. Sonda dözmədim və müqaviləyə xitam verilməsini xahiş etdim.

- Klubun sizə borcu qaldı?

- Yox, bura gələndə tam olaraq mənimlə hesablaşdı və bütün sənədləri aldı.

- Deməli, Azərbaycana növbəti səfəriniz uğursuz alındı, istədiyiniz kimi olmadı...

- Hə, həqiqətən uğursuz alındı. Açığı, mən də komandaya uyğunlaşa bilmədim. "Keşlə" düşündüyüm qədər güclü deyildi. Amma baş məşqçi 4-5 oyunda mənə şans versəydi, düşünürəm ki, özümü ən yaxşı tərəfdən göstərə bilərdim. Matçın sonuna 10 dəqiqə qalmış qol tələb etmək tamamilə absurddur. Digər tərəfdən, hər bir futbolçu uğursuluğun günahını özündə axtarmalıdır.

- Karyeranızı Azərbaycanın digər klublarında davam etdirmək variantı olmadı?

- Xeyr, heç bir klubdan təklif gəlmədi.

- Bəs "Navbaxor"a keçidiniz necə gerçəkləşdi?

- Bura baş məşqçinin dəvəti ilə gəldim. Hələ Azərbaycanda olarkən, Andrey Antanasoviç zəng vurub, komandaya kömək etməyə hazır olub-olmadığımı soruşdu. Mən isə düşündüm ki, ehtiyatda oturmaqdansa, "Navbaxor"a kömək etmək daha yaxşı olar. Qarşıma hədəf qoydum ki, vurduğum qollarla yerli azarkeşləri sevindirəcəyəm.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30