24 May 2024, Cümə
Avroliqanı "Atalanta" qazandı
I Liqada çempion məlum oldu
II Liqanın bombardiri mükafatlandırıldı
II Liqada mövsümə yekun vuruldu

Ölkə futbolu

"Azərbaycana geri qayıtdığım üçün çox şadam"

"Səbail"in qış "transfer pəncərəsi"ndə heyətinə qatdığı Oke Akpotevanın müsahibəsi.
 
Futbolxeber.az saytının məlumatına görə, Akpoveta "Neftçi" üzərindəki qələbədən sonra danışıb:
 
- Müəyyən fasilədən sonra yenidən Azərbaycana qayıtdınız. Ölkə futbolu barədə təəssüratlarınız necədir?
- 5 il öncə Avropada futbol oynamaq üçün buradan ayrıldım və indi yenidən geri qayıtmışam. Həmin ilə baxanda indi fərqli hisslər keçirirəm. O zaman daha gənc idim. Azərbaycana geri qayıtdığım üçün çox şadam. 
 
- Azərbaycan futbolunda nələr dəyişib?
- Burada hələlik 2 matçda iştirak etmişəm və televiziya vasitəsilə bir neçə oyuna baxmışam. Ona görə də hazırda bu barədə heç nə deyə bilmərəm. Futbol hər il inkişaf edir. İngiltərə və İspaniya çempionatları daha böyük liqalardır. Azərbaycan çempionatının da inkişaf etdiyini düşünürəm.
 
- Azərbaycan Premyer Liqasında hazırda 8 komanda mübarizə aparır...
- Mən burada oynayanda 10 komanda var idi. Düşünürəm ki, futbolun səviyyəsi indi artıb. Çempionat ildən-ilə inkişaf edir. Bəlkə də gələn mövsüm 12 komanda olacaq. Klublar hazırda daha yaxşı səviyyədədir. Burada oynanan futbol ildən-ilə inkişafdadır.
 
- Premyer Liqanın XVIII turunda səfərdə "Neftçi"ni 2:1 hesabı ilə məğlub etdiniz. Bu matç barədə nə deyə bilərsiniz?
- Çempionatın liderinə qarşı oynadıq. Çətin oyun oldu. Matça yaxşı hazırlaşmışdıq və baş məşqçinin planlarını yerinə yetirdik. Elə ilk hissədəcə 2 qol vura bildik. Qələbə qazandığımız üçün şadıq. Bu görüşdə vacib 3 xal qazandıq. Komandamız yaxşı futbolçulardan ibarətdir və yaxşı oyun sərgiləyirik.
 
- Qarşılaşmadan öncə "Neftçi"ni məğlub etmək haqqında düşünürdünüz?
- Əlbəttə, bu futboldur. Düzdür, turnir cədvəlinə baxanda onların ilk pillədə olduğunu görmək olar, amma dediyim kimi, matça ciddi hazırlaşmışdıq. Səfər oyununa elə-belə gəlmədiyimizi göstərdik. Meydana çıxıb planımızı yerinə yetirdik və 3 xal qazandıq.
 
- "Səbail"ə gələndən sonra 2 matçda iştirak etmisiniz. Komandaya uyğunlaşmaq üçün sizə nə qədər vaxt lazımdır?
- Bu kollektiv, oyunçular - hamısı mənim üçün yenidir. Komanda yoldaşlarıma uyğunlaşmağa cəhd edirəm. Ən qısa müddətdə öz keyfiyyətlərimi də göstərməyə çalışacağam.
 
- Formasını geyindiyiniz sabiq komandanız "Rəvan" artıq Premyer Liqada çıxış etmir, bu barədə nə deyə bilərsiniz?
- Komandanın ömrü uzun sürmədi. Köhnə komanda yoldaşlarımın çoxunu görə bilməmişəm. Sonuncu dəfə qapıçı Davud Kərimi ilə görüşmüşəm. Digər komanda yoldaşlarımın heç birini isə görməmişəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31