29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qəbələ" - "Keşlə" : 48-ci duel

Bu həftə Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə,   “Qəbələ” öz meydanında “Keşlə” ilə üz-üzə gələcək. Qarşılaşma fevralın 23-də keçiriləcək.

Qəbələ şəhər stadionundakı matç “qırmızı-qaralar”ın paytaxt təmsilçisi ilə 48-ci oyunu olacaq.

Hesabında 15 qələbə olan “Qəbələ” digər oyunlarda 16 heç-heçə və eyni sayda məğlubiyyətlə üzləşib. Bu duellərdə ümumilikdə 110 qol vurulub. 50 dəfə rəqib qapısına yol tapan futbolçular 60 qol buraxıb. “Keşlə” ilə oyunlarda “Qəbələ”nin ən məhsuldar oyunçusu 5 qola sevinən Daniel Subotiçdir.

47 oyundan 42-si Premyer Liqa, 5-i kubok çərçivəsində keçirilib. Çempionat matçlarında 12 dəfə qalib gələn “Qəbələ” 16 heç-heçə edib və 14 dəfə uduzub. Komanda 43 qol vurduğu bu qarşılaşmalarda 53 top buraxıb.

“Qəbələ” 24-cü dəfə “Keşlə”ni öz meydanında qonaq edəcək. Evdə üstünlüyə malik olan “qırmızı-qaralar” 8 qələbə qazanıb, 10 heç-heçə edib və 5 dəfə uduzub. Rəqib qapısından 27 top keçirən futbolçular 22 qol buraxıb ("Qəbələ"nin saytı).

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31