8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Şotlandiyanın necə komanda olmağı hamıya məlumdur"

Şotlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə keçirilmiş yoldaşlıq oyunundan sonra 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri affa.az-a fikirlərini bildirib:

Nicat Mehbalıyev: “Çətin oyun oldu. Şotlandiyanın necə komanda olmağı hamıya məlumdur. Tipik İngilis futbolu oynayırlar. Cinahlardan təşkil etdikləri hücumlarla daha təhlükəli olurdular. Bir nəfər azlıqda qaldığımızdan uşaqlar bəzən mövqe səhvləri edirdilər. Nəticədə fasilədən sonra təzyiqi bir qədər də artırıb qol vurmağı bacardılar. Buna baxmayaq, komanda yoldaşlarımın zəhmətini yüksək qiymətləndirirəm. Həqiqətən layiqli mübarizə apardılar. 10 nəfərlə Şotlandiya kimi komandaya qarşı oynamaq çətindir. Bir sözlə, səviyyə fərqi özünü büruzə verdi”.

Tural Bayramov: “Qırmızı vərəqə epizodunadək hər şey qaydasında gedirdi. Rəqib futbolçular oyun ərzində bizi təxribata çəkirdilər. Təəssüf ki, baş hakim buna göz yumurdu, düzgün qərarlar vermirdi. Hər kiçik toxunuşumuza görə bizə xəbərdalıq edirdi. Azlıqda qalmağımız oyun planlarımızı dəyişməyimizə səbəb oldu. Hücum qurmaqda çəkinlik çəkirdik. Çox güc itirdik. Komanda olaraq müsbət və mənfi cəhətlərimizi bilirik. Avropa çempionatının elit-raund mərhələsində güclü rəqiblərlə qarşılaşacağıq. Çətin olacaq, amma inanıram ki, qrupdan çıxacağıq”.

Vüsal Məsimov: “Güclü futbolçulardan təşkil olunmuş komandaya qarşı mübarizə apardıq. İlk dəqiqələrdən oyuna nəzarət edən tərəf biz idik. Rəqibi meydanın onlara aid hissəsinə sıxmışdıq. Sadəcə 20-ci dəqiqədə qırmızı vərəqə almağımız bizi çətin vəziyyətə saldı. Belə olan halda daha çox qaçdıq,  mübarizə apardıq. Bizim üçün yaxşı bir təcrübə oldu. Azlıqda qalmasaydıq qələbə qazana bilərdik. Çalışacağıq ki, bu oyunlarda buraxdığımız səhvləri elit-raundda təkrarlamayaq və daha yaxşı nəticələr qazanaq. Təbii ki, əsas məqsədimiz elit-raund mərhələsini adlamaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30