7 Iyun 2024, Cümə
Otto Con daha 1 il “Turan Tovuz”da
Minifutbol millimiz 1/4 finalda
“Zirə”dən 2 transfer - RƏSMİ
"Səbail"da 2 illik yeni müqavilə

Ölkə futbolu

Petrov: "Bu gün iki xal itirdik"

"Maraqlı oyun alındı, çox sayda qol imkanları oldu. Matça elə də yaxşı başlamasaq da, ikinci hissədə toparlandıq. Şansları reallaşdıra bilmədik. Əhvalımız pozulub". 
 
Futbolxeber.az saytının məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov Azərbaycan Premyer Liqasının XVII turunda səfərdə "Zirə" ilə qolsuz heç-heçə etdikləri görüşdən sonra deyib.
 
Ukraynalı müdafiəçi bildirib ki, "Zirə" çempionatda "Neftçi" üçün ən qeyri-münasib rəqibidir: "Səhv etmirəmsə, ilk dəfə ötən mövsüm onları məğlub edə bildik. Onlarla çətindir. Bu gün qələbə qazanmağımıza qol vəziyyətlərini reallaşdıra bilməməyimiz mane oldu. Rəqib də yaxşı oynadı".
 
Legioner futbolçunun sözlərinə görə, bu matçda iki xal itirən tərəf "Neftçi" olub: "Hələ çempionatda çox oyun var. Sabah "Qarabağ" "Qəbələ"yə qalib gəlsə, heç nə baş verməyəcək. Əlbəttə, idman prinsipləri baxımından "Qəbələ"yə azarkeşlik edəcəyik. Amma ümumilikdə hər iki komandaya uğurlar arzulayıram".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30