28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Bordin: "Səhvlər olanda hamı günahı müdafiəçilərdə axtarır"

"Neftçi”nin baş məşqçisi Roberto Bordin Azərbaycan Premyer Liqasında 17-ci turun "Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb. Futbolxeber.az saytının klubun saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis komandasının qol epizodlarından yararlanmadığına görə təəssüfləndiyini bildirib: 
 
"Çətin oyun olacağını əvvəlcədən bilirdik. İki fərqli hissə izlədik. İlk hissədə rəqib üstün oynasa da, fasilədən sonra komandamız toparlanıb çoxlu sayda hücumlar yaratdı. Amma çox təəssüf ki, bunları qola çevirə bilmədik. Bilirdik ki, rəqib əks-hücumlara üstünlük verəcək. Hətta qol da vura bilərdilər. Çox təəssüflənirəm ki, bu gün iki xal itirdik”.
 
Mütəxəssis qarşılaşma üçün motivasiyalarının az olmadığını deyib: "Rəqibdən asılı olmayaraq hər oyuna qələbə qazanmaq üçün çıxırıq. "Zirə”nin turnir cədvəlinin aşağı pillələrində qərarlaşması motivasiyamızı azaltmamışdı. Keçən tur autsayderlər qrupunda qərarlaşan "Keşlə”yə qarşı oynadıq və qalib gəldik. Bu gün də qələbə qazana bilərdik, amma təəssüf ki, alınmadı. Səhvlər olanda hamı günahı müdafiəçilərdə axtarır, amma bu belə deyil. Hücuma atılıb qol vurmaq istəyirdik deyə, arxa xətdə boşluqlar olurdu ki, bu da normaldır. Təbii ki, çempionluq uğrunda mübarizədəki əsas rəqibimiz olan "Qarabağ” xal itirməyimizdən faydalanıb bizimlə xal fərqini 1-ə endirməyə çalışacaq, amma bu futboldur, hər şey ola bilər”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31