28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Emil Balayev: "Tobol"a keçməklə karyeramda irəli addım atdım"

Qış transfer dönəmində "Səbail"dən Qazaxıstanın "Tobol" klubuna keçən millimiz qolkiperi Emil Balayev sosial şəbəkə hesabında fikirlərini bölüşüb.
 
Futbolxeber.az saytının məlumatına görə, 24 yaşlı əlcək sahibi "Tobol"a transferini irəli addım kimi qiymətləndirib və yeni komandasında xoş qarşılandığını vurğulayıb:
 
"Bu ilin əvvəlində karyeramda yeni bir qərarla "Tobol"a keçidimlə irəli yeni bir addım atdım və bu işdə mənə dəstək və kömək olan hər bir kəsə dərin təşəkkürümü bildirmək istəyirəm.
 
Bu komandaya gəlişimin ilk günündən isti münasibət görürəm; rəhbərlik, məşqçi və inzibati heyət, həmçinin hər bir futbolçudan. Hətta komandanın kapitanı ilk gəldiyim gündəcə şəxsən məni ancaq futbolçuların iştirak edəcəyi şam yeməyinə dəvət etdi.
 
Günlər keçdikcə komandaya uyğunlaşmağa, mehriban kollektiv görməyə başladım və bu kollektivin özünəməxsus yumor hissi olmasıda nəzərimdən qaçmadı. Yalnız nə qədər deyib gülməyi sevən bir kollektiv olsa da, bir o qədər də məşqlərdə, oyunlarda ciddilikləri ilə seçilirlər, ilk fitdən son fitə qədər stadionun hər qarışı uğrunda mübarizə aparırlar.
 
İnşallah, inanıb və ümid edirəm ki, belə mehriban kollektivlə bizi çox maraqlı,gərgin, qələbələr dolu bir mövsüm gözləyir və hər birimiz yalnız qələbə və çempion olmaq arzusu ilə sona qədər vuruşacağıq!. Yalnız irəli, "Tobol"!!!".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31