29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Qəbələ”də formal dəyişiklik

Topaz Premyer Liqasının XV turunun “Qəbələ” - “Sumqayıt” oyunundan (1:0) sonra matça həsr olunan mətbuat konfransı keçirilib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, öncə “qırmızı-qaralar”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev media nümayəndələrinə baş məşqçi məsələsi ilə bağlı məlumat verib:

“UEFA-nın lisensiyalaşmasında ən vacib meyarlardan biri baş məşqçinin “Pro” kateqoriyasına malik olmasıdır. “Qəbələ”nin baş məşqçisi vəzifəsini tutan Sənan Qurbanov isə A kateqoriyasına sahibdir. Buna görə də bu məsələnin həll olunması üçün müəyyən addım atmalı idik. Bu da məşqçilər korpusunda yer alan Zaur Həşimovun rolu ilə gerçəkləşəcək. Bildiyiniz kimi Həşimov bir müddət öncə Pro kateqoriyalı lisenziya əldə edib. Sənəd üzərində struktur dəyişikliyi ediləcək. O, sənədləşmədə baş məşqçi kimi göstəriləcək. Lakin iş bölgüsündə dəyişiklik olmayacaq. Sənan Qurbanov komandanın baş məşqçisi, Zaur Həşimov isə məşqçi kimi fəaliyyətini davam etdirəcək. Məsələnin digər tərəfi isə odur ki,  nə ölkəmizdə, nə də postsovet məkanında 2020-ci ilədək “Pro” kursları təşkil olunmayacaq. Bu səbəbdən də belə addım atdıq”.

Həşimov da sənəddəki dəyişikliyə münasibət bildirib: “Qəbələ”yə dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam. İndi belə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazımdır. Mən də etiraz etmədim. Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiz”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31