29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Sənan Qurbanov: "Belə rəqibə qarşı səhvsiz oynamalıyıq"

“Ciddi rəqibə qarşı oynayırdıq. Rusiya Premyer Liqasında çıxış edən "Yenisey" çox yaxşı komandadır. Bilirdik ki, belə rəqibə qarşı səhvsiz oynamalıyıq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Antalya toplanışı çərçivəsində Rusiyanın "Yenisey" klubu ilə keçirilən yoxlama matçından (2:2) sonra deyib.
 
O, müəyyən səhvləri etdiklərini bildirməklə yanaşı, komandasından razı qaldığını qeyd edib: "Futbolçulara bir az çətin tapşırıq vermişdik. Ön xətdə pressinq tətbiq etməklə topu rəqibdən almaq istəyirdik. Birinci hissədə tam yaxşı alındı. Belə pressinq də güc itkisidir. Sevindirici haldır ki, futbolçular tapşırığı yerinə yetirdilər. Səhvlərimiz var. Belə yoxlama oyunlarında bunun görünməsi yaxşıdır. Onları aradan qaldırmağa çalışacağıq. Ümumilikdə komanda yaxşı oynadı. Həm hücumda, həm də müdafiədə komandadan razı qaldım”.(gabalafc.az)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31