29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Qəbələ" - "Yenisey" matçının vaxtı açıqlandı

Mövsümün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirən “Qəbələ” bu gün növbəti yoxlama oyununu keçirəcək.
 
Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar” Rusiyanın “Yenisey” klubu ilə qarşılaşacaq. Matç “Cornelia Diamond” otelinin meydançasında baş tutacaq. Görüşün start fiti Bakı vaxtı ilə saat 18:00-da veriləcək.
 
Rusiya Premyer Liqasında çıxış edən “Yenisey”in əsası 1937-ci ildə qoyulub. Krasnoyarsk şəhərini təmsil edən klub ötən mövsüm aşağı liqada 3-cü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb. Cari mövsümün 17 oyununda 10 xal toplayan “Yenisey” qış fasiləsinə 16-cı pillədə yollanıb.
 
Xatırladaq ki, bu matç “Qəbələ”nin Antalyada ikinci sınağı olacaq. Komanda ilk oyununda Almaniyanın “Meppen” klubu ilə görüşüb. Qarşılaşma “qırmızı-qaralar”ın 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31