29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Slavik Alxasov: “İlk oyun həmişə ağır olur”

Yanvarın 18-də “Keşlə” Türkiyə toplanışı çərçivəsində Özbəkistanın U-23 milli komandasına qarşı yoxlama matçında üz-üzə gəlib və qarşılaşma 0:0 hesabı ilə tamamlanıb.

Futbolxeber.az saytının məlumatına görə, “Keşlə”nin müdafiəçisi Slavik Alxasov oyundan sonra toplanış və matç barədə fikirlərini klubun Mətbuat Xidmətinə açıqlayıb:

“Bilirsiniz ki, cari mövsümün ikinci yarısına hazırlıqlara Bakı şəhərində başladıq və intensiv məşq etdik. Antalyadakı məşqlər də eyni tempdə keçir. Ümumilikdə təlim-məşq toplanış prosesi yaxşı keçir və məşq hazırlığını yüksək səviyyədə həyata keçirməyə çalışırıq. Bu gün toplanış çərçivəsində ilk matça da çıxdıq. Ağır məşqlərdən sonra Özbəkistanın U-23 milli komandasına qarşı oynamaq heç də asan olmadı. Özbəklərin çox yaxşı komandaları var. Ümumiyyətlə, ilk oyun həmişə ağır olur. Əsas işimiz çempionata yaxşı hazırlaşmaqdır”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31