8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Cavid Hüseynov: “Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq”

“Qış təlim-məşq toplanışının Bakıda təşkil olunan mərhələsinin ilk günlərində əsasən fiziki hazırlığa üstünlük verdik. Hesab edirəm ki, bu proses normal keçdi. Artıq gücümüzü bərpa etmişik. Antalyada isə daha çox oyun praktikası qazanmağa çalışırıq".

Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin kapitanı Cavid Hüseynov Türkiyənin Antalya şəhərində  təlim-məşq toplanışı barədə fikirlərini  bildirərkən klubun  saytına deyib.

"Üç gündən bir oyun keçirəcəyik. Artıq ilk matç baş tutub. Bakıdakı görüşü saymasaq, bu qarşılaşma istirahətdən sonra ilk matçımız idi. Zədəli Stiven Monrozla Ceyms Adeniyi də oynamırdı. Ümumilikdə matçı normal qiymətləndirmək olar. Əsas bundan sonrakı qarşılaşmalardır. Həm oyunu, həm də nəticəni yaxşılaşdırmalıyıq” - deyə o bildirib.

Təcrübəli yarımmüdafiəçi komanda daxilindəki durumu da yüksək qiymətləndirib: “Hər şey yaxşıdır. Komandada yüksək əhval-ruhiyyə hökm sürür və səylə çalışırıq. Hazırlıqla bağlı hər hansı problem yoxdur. Oyundan oyuna artırmağın üzərində çalışmalıyıq ki, mövsümün ikinci yarısının startına tam hazır olaq”.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30