Ölkə futbolu
Ramil Şeydayev: "Trabzonspor"a keçdiyim üçün peşman deyiləm"
Millimizin hücumçusu Ramil Şeydayev hələ də Rusiyanın "Krılay Sovetov" klubunda əsas heyət üzvü sayılmır. Lakin oyuna sonradan qoşulan forvard fəallığı ilə seçilir. Futbolxeber.az saytının məlumatına görə, 22 yaşlı hücumçu "Voljskaya Kommuna"ya müsahibə verib.
- Noyabrdakı oyunda sənin ötürməndən sonra "Spartak"ın futbolçusu cərimə meydançasında əllə oynamışdı. O an hesabda öndə idiniz. Hakim isə penaltini vermədi sonda məğlubiyyətlə barışdınız. Nələri düşünürdün?
- Əsəbləşdim. Artıq o epizodu düşünməməyə çalışıram. Hakimlər onların oyunçusu kimi yanlış idi.
- Həmin matçdan sonra "Orenburq"la görüş şaxta səbəbindən təxirə salındı.
- Məncə, hər iki tərəf düz qərar verdi. Deyirlər ki, soyuqda camaat futbol oynayır, heç nə olmur. Ancaq bu oyun baş tutsaydı, Premyer Liqa səviyyəsində olmayacaqdı. Mənim 16-17 yaşım olanda qışda bütün matçları Sankt-Peterburqda mənfi 15-20 dərəcədə oynayırdıq. Ayağımıza paketlər keçiridik.
- Paket nədir?
- Bu, çox yayılmışdı. Paket, yəni üst corab, çəkmələr. Ayağı isti saxlayırdı.
- Ailəndə idmançı var?
- Babam Azərbaycanda gənc vaxtlarında futbol oynayıb. Daha sonra orduya qoşulduğu üçün futbolu dayandırmışdı. Əlbəttə, o, futbolçu olub. Bütün uşaqlar kimi küçədə oynamışam. Yəqin ki, hamı belə başlayıb. Atam məni futbola yazdırdı. İlk komandam güclü deyildi. Mən isə 9 yaşında "Zenit"in akademiyasına qəbul edildim və ikinci komandası ilə yanaşı, əsas heyətində də oynamışam.
- 20 yaşında "Trabzonspor"a üz tutdun. Rusiyada belə qərarı verən nadir hallarda gənc futbolçu olur.
- Bəli, Türkiyədən təklif aldım. İndi açıq söhbət edirik. Bunun ən yaxşı qərar olmadığını söyləyə bilərəm. Ancaq əməlimə peşman deyiləm, həmin vaxt özümə əmin idim. Həyat və karyera təcrübəsi topladım. Bu, asan deyildi. Orada az oynadım və ayrıldım.
- Türkiyədə futbol necədir?
- Həyatın böyük bir hissəsi. Rusiya və Türkiyənin top klublarını misal çəksək, eyni azarkeş toplayarlar. Lakin ortabab və autsayderlərə nəzər salsaq, Rusiyada 1000, Türkiyədə isə 20 min azarkeş olur. Onlar futbolu dəhşət sevirlər. Oxuyurlar, bağırırlar, məşəllər yandırırlar. Komandaları uduzsa, hansısa futbolçunu saxlamalarını eşitmək mümkündür Xoşbəxtlikdən belə şey görməmişəm. Ancaq meydanda həyəcanı hiss edirsən. Çox adam gələndə oynamaq gözəldir.
- Slovakiya karyeran necə alındı?
- "Trabzonspor"da çox az oynadım və "Jilina"ya icarəyə verildim. Çempionatlarının səviyyəsi Türkiyədən çox aşağıdır. Ancaq Slovakiya, Çexiya, İsveçdən çox futbolçu İspaniya və İngiltərə futboluna qalxır. Mənim də məqsədim bu idi. "Jilina"da çox oynadım və qollar vururdum. Çempion olaraq, Çempionlar Liqasına yollandıq. Ancaq biz "Kopenhagen"ə uduzduq. Bu yenilgidən sonra komandada dəyişikliklə baş verdi. Mən də getməli idim. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmış Azərbaycanın "Qarabağ" klubunu seçdim. Onlara borcluyam. Əla vaxt idi!
- Çempionlar Liqasının himnini eşitmək necə hiss idi?
- Bu, hər futbolçunun arzusudur. Çox əla! Azərbaycan komandası ilk dəfə idi ki, ÇL-də çıxış edirdi. Bir qarışıqlıq var idi. Komanda qruplara vəsiqə qazananda insanlar küçələrə axışmışdı. Olimipiya stadionunda üç oyunumuz oldu və bütün matçlarda arena doldu. "Çelsi", "Roma" və Avropa Liqasının gələcək qalibi "Atletiko" Bakıda meydana çıxdı. Onlara qarşı oynamaq yaxşı hiss idi. Mən də özümü yaxşı tərəfdən göstərmək istəyirdim. "Qarabağ" qrupda yaxşı çıxış etdi. "Qarabağ"dakı təcrübəmdən çox razı qaldım.
- Nə üçün "Qarabağ"da qalmadın və Rusiyaya qayıtdın?
- Azərbaycanla Rusiya futbolunun səviyyəsi eyni deyil. Orada artım yox idi. Mövsüm ərzində altı oyun keçirmək yanlışdır.
- "Krılya Sovetov"a necə keçdin?
- Mən bütün həyatımı Rusiyada yaşamışam. "Krılya Sovetov" komandasını, futbolçularını tanıyırdım. Təklif gələndə heç düşünmədim. Sözün düzü, gələndə düşünmürdüm ki, autsayderlər sırasına gedəcəyik. Bu vəziyyəti dəyişməliyik! Son turlarda təəssüf ki, yaxşı oyun bizə qələbə üçün kifayət etmir. Daha çox çalışmalıyıq. Mövsümün ikinci yarısında mütləq yüksələcəyik. Oyunumuzu sevirəm və fikrimcə, yuxarı qalxacağıq.
- Səni nadir hallarda meydanda görürük. Səbəb nədir?
- Yeni komandaya gələndə vaxt lazımdır. Hər tur üçün çox çalışıb, hazırlaşırdım. Uzun müddət oynamadım, amma ümidimi itirmədim. Çalışdım, məşq etdim. Şans alanda isə, görünür, özümü bir az göstərə bilmişəm. Buna görə də ardıcıl oyunlara çıxdım.
- Azərbaycan millisinə dəvət alırsan. Bu komandanın perspektivi var?
- Əlbəttə, Azərbaycanda futbol yavaş-yavaş inkişaf edir. İrəli gedir, ancaq bunu düzgün istiqamətə çevirmək lazımdır. Hər kəs gözəl bilir ki, uşaq futbolundan başlamaq lazımdır. Struktur inkişaf etməlidir. Düşünürəm ki, tezliklə Azərbaycanda güclü futbolçular olacaq. Bəli, indiki komanda yaxşı çıxış edə bilər. Hər şey inanmdan asılıdır. Hamı üçün nümunə milli komanda var - İslandiya. Dünya və Avropa çempionatına qədər irəlilədilər. Özlərini dünyaya göstərə bildilər.
- AÇ-2020-nin seçmə mərhələsində şanslarınızı necə qiymətləndirirsən?
- Gerçəkdən Xorvatiya və Uelslə qarşılaşmaq istəyirdim. Bunlar böyük komandalardır. Bu millilərlə nə edəcəyimizi görmək maraqlıdır.
- Deyəsən, Azərbaycan millisinin hücum xəttində amansız rəqabət var. Çünki sən son oyunlarda meydanda olmamısan.
- Bütün komandalarda rəqabət var. Bu, normal haldır. Biz çalışırıq, hər an hər şey dəyişə bilər. Klubda necə oynayacağımızdan çox şey asılıdır. Millinin məşqçiləri hazır futbolçuya ehtiyac duyur.
- Vətəndaşlığını dəyişib Azərbaycanı seçməyə səni nə vadar etdi? İndi də Rusiya Premyer Liqasında legioner statusu daşıyırsan.
- Mən bunu başa düşürdüm. Ancaq Premyer Liqada oynamaq üçün mübarizə aparmalısan, istəyirsən legioner, ya da yerli futbolçu.
- Yaxşı, səmimi ol, ürəyində özünü rus, yoxsa azərbaycanlı hiss edirsən?
- Atam və babam azərbaycanlıdır, mən də onlar kimi. Əslində, mən yarı rusam. Ancaq durum ataya görə verilir. Babam tərəf deyəsən, yarı rusdur. Mən Rusiya azərbaycanlısıyam. Mən həmişə belə düşünürdüm. Hətta Azərbaycan millisində çıxış etməmişdən əvvəl də belə düşünmüşəm. Azərbaycan dilində mükəmməl olmasa da, bilirəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi