8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Ansi ilə danışanda, ona revanş almaq istədiyimizi xatırladıram"

“Qəbələ”nin albaniyalı oyunçusu Sabien Lilay Topaz Premyer Liqasındakı çıxışı haqda danışıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Albaniya mətbuatına danışan Lilay bunları deyib: “Altı aydı Azərbaycan çempionatında oynayıram. Bəli, hələ ki, qol vura bilməmişəm. Ola bilsin bəzi epizodlarda uğur məndən üz döndərib. Bu müddət ərzində qol vurmağıma dirək imkan verməyib. Ümidvaram ki, çempionatın ikinci yarısında hər şey başqa cür olacaq. 
 
“Qəbələ” hazırda 14 oyunda 17 xal toplaya bilib. Komandada çox dəyişikliklər olub. Yeni baş məşqçimiz uzun müddətdi ki, bu klubda çalışır. İlk yarıda az problemlər olmadı. Amma sonradan komandada dəyişikliklər baş verməyə başladı. Oyunçular bir-birini daha yaxş tanıdı. Ümidvaram ki, gələcəkdə hər şey daha yaxşı olacaq”.
 
“Qarabağ” çempionatın ən yaxşı komandasıdı. Son illərdə tək çempiondu. Bu komandada 30 eyni səviyyəli oyunçu var. Hər dəfə Ansi ilə danışanda, ona revanş almaq istədiyimizi xatırladıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30