8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Bordin, Abışov və Mahmudovun iştirakı ilə brifinq

“Neftçi” qış təlim-məşq toplanışının ilk mərhələsində hazırlığı davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, paytaxt təmsilçisi bu gün də iki məşqə çıxacaq.
 
Saat 15:30-dan etibarən klub bazasında baş tutacaq axşam məşqinin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
 
Hazırlıq prosesi başlamazdan 15 dəqiqə əvvəl – saat 15:15-də isə həmin məkanda baş məşqçi Roberto Bordin, futbolçular – Ruslan Abışov və Emin Mahmudovun iştirakı ilə brifinq keçiriləcək.
 
"Neftçi” Bakıdakı təlim-məşq toplanışı başa vuraraq yanvarın 13-də Türkiyəyə yola düşəcək.
 
Ayın 27-dək Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe” otelində məskunlaşacaq komanda hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək.
 
"Ağ-qaralar” ayın 18-də "Qaz Metan” (Rumıniya), 23-də "Slovan” (Liberes, Çexiya), 26-da isə "Beroe” (Bolqarıstan) klubları ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30