8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

Bu komanda Azərbaycan klubları üçün gətirildi

Türkiyəli menecer Mehmet Ali Gürboğa Qananın “Sondisko” klubunun 22 futbolçusunu satmaq üçün Türkiyənin Antalya bölgəsinə gətirib.
 
Futbolxeber.az saytının məlumatına görə, 19 – 24 yaşlı oyunçular qış transfer dönəmində Türkiyə təmsilçiləri ilə yanaşı, təlim-məşq toplanışı üçün Antalyaya səfər edəcək xarici klublara təklif olunacaq.
 
Üç ay öncə Aralıq dənizi sahillərinə gələn afrikalı futbolçular həftədə 3 dəfə məşq etməkdən başqa, formalarını qorumaq üçün yoxlama matçlarında qüvvələrini sınayırlar.
 
Gürboğanın sözlərinə görə, Antalyanı bir çıxış qapısı kimi görən qanalıların məqsədi özlərinə sərfəli klub tapmaqdı:
 
“Onlar Rusiya, Qazaxıstan, Azərbaycan, Almaniya, Belçika, Fransa kimi ölkələrin fərqli komandalarına getməyə çalışacaqlar.
 
İstedadlı və ucuz olan bu futbolçular klublara qazanc gətirə bilərlər. İstənilən klubun nümayəndəsi onların məşqini izləyə və ya yoxlama görüşündə sınaya bilər”.
 
Premyer Liqada çıxış edən 8 komandanın hamısı yanvarda Antalyada təlim-məşq toplanışında olacaq. Ümumilikdə, dünyanın müxtəlif yerlərindən 1500-ə yaxın komandanın hazırlıq keçmək üçün bu bölgəyə gələcəyi gözlənilir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30