Ölkə futbolu
Millinin kapitanı: "Geriləməmişəm, özümdə güc hiss edirəm"
Futzal üzrə Azərbaycan millisinin və “Araz”ın kapitanı Rizvan Fərzəliyev federasiyanın rəsmi saytına müsahibə verib.
Futbolxeber.az həmin müsahibəni təqdim edir:
- “Araz” “qış çempionluğu”nu əldən verdi. EKOL-la oyun haqda qeyd etmək istədiyiniz məqamlar varmı?
- Hesabı rəqib açdı. İkinci “dördlük” meydana çıxdıqdan sonra Ramizdən topu aldılar və qol vurdular. Ancaq sonra biz ardıcıl iki qol vurduq. Ramiz və İsa rəqib torunu silkələdi. Birinci hissə bizim üstünlüyümüzlə başa çatdı. İkinci hissədə də qol epizodlarımız oldu. Xətai, İsa imkanlarından istifadə edə bilmədilər. Rəqibin ikinci topu vurduğu epizodda hakimin də müəyyən səhvi oldu. Futzalçı outdan topu oyuna daxil edirsə, ondan 1-2 metr kənarda dayanmaq lazımdır. Ancaq İsa topa zərbə endirən anda hakim onun arxasından keçirdi. “Olimpik Star”da məsafə az olduğuna görə toxunuş qaçılmazdı. Nəticədə İsanın zərbəsi də zəif alındı və top rəqib oyunçuya düşdü. Nəticədə boş qapını nişan aldılar. Sona yaxın isə gərginlik yaşandı. Əsəblərinə hakim ola bilməyən Xətai rəqibə qarşı aşkar kobud oynadı və hakim 10 metrlik təyin etdi, qırmızı vərəqə göstərdi. Yeri gəlmişkən, cərimələrə də həssas yanaşmaq lazımdır. Bəlkə də 2-3 cəriməni verməmək, nəticədə limiti keçməmək olardı.
- Oyundan sonra baş məşqçi Alesio nə dedi?
- Oyuna yaxşı köklənməməyimizə, bəsit səhvlərə yol verdiyimizə görə narazılığını çatdırdı. Çünki taktiki tapşırıqları tam yerinə yetirə bilmədik.
- Adətən “Araz”ı turnir cədvəlinin zirvəsində, ən yaxın rəqibləri ilə xal fərqinin isə nəzərəçarpacaq dərəcədə böyük olduğunu görmüşük. Hazırkı nəticəni yayda heyətdə edilən dəyişikliyin göstəricisi kimi qiymətləndirmək olarmı?
- Dəyişikliyin ciddi rol oynadığını deyə bilmərəm. Təbii ki, braziliyalılar oynayan vaxtlarda üstünlüyümüz çox idi. Bu dəfə yenə qışa qədər də fərq yarada bilərdik. Ancaq əldə etdiyimiz 3 heç-heçə bizim üçün bağışlanmazdı. Birinci oyunda “Yasamal”FK-nı 4:1 udduğumuz halda, yekunda 4:4 hesablı heç-heçə etdik. Elə “Xəzər Cənub”la matçdakı heç-heçədə də yersiz xal itirdik. Həmin oyunda da hesabda 3 top fərqi ilə öndə idik. Yalnız EKOL-la birinci dövrədə qeydə alınmış heç-heçəni ədalətli hesab etmək olar. Həmin oyunları itkisiz keçirsəydik, xal fərqi yenə artacaqdı.
- Qış fasiləsinə qədər qırmızı vərəqə alan oyunçularınız da az olmadı. Bəlkə intizamla bağlı problem var?
- Son oyunda Xətai Bağırovun aldığı qırmızı vərəqə zamanı oyunçumuz səhv etdi. Bir qədər səbrli, soyuqqanlı olmalı idi.Qırmızı vərəqə almısansa, deməli, öz səhvindi. Oyun zamanı kənardan tez-tez xəbərdarlıq olunur.
- Bəs arxada qalan 2 dövrə nə ilə yadda qaldı?
- Yenə iranlı legionerlərə üstünlük verilib. “Neftçi”, “Xəzər Cənub”, “Yasamal” FK, “Liman” onların xidmətinə ehtiyac duydu. “Xəzər Cənub”un heyətindəki iranlılar daha yaxşı təsir bağışlayırlar. Onlar istənilən rəqiblə başabaş mübarizə aparırlar. “Araz”, EKOL və “Yasamal” İSK sırf yerli futzalçılardan qurulub. Komandalar güc baxımından bir-birinə yaxındırlar. Yenə deyirəm, səhvlərə yol verməsəydik, zirvədə biz qərarlaşacaqdıq.
- İllərdi çempionluğu əldən verməyən “Araz”ın titulunu itirmək təhlükəsi realdırmı?
- Qarşıda hələ 2 dövrə və play-off oyunları var. Marafon uzundu. Üstəlik, qış fasiləsindən sonra komandaların hansı heyətlə mübarizə aparacağını bilmirik. Titulumuzu qorumaq üçün əlimizdən gələni edəcəyik.
- Bu arada, dünya çempionatının ilkin və əsas seçmə mərhələsinin püşkü atılıb. Məlum olan və potensial rəqiblərimiz haqda nə düşünürsüz?
- Əsas mərhələnin oyunları Bakıda keçiriləcək. Bu amil bizim üçün müəyyən qədər üstünlük yaradacaq. Slovakiya ilə yollarımız kəsişib. 2015-ci ilin sentyabrında play-off oyunlarında qarşılaşmışıq. Mərhələni biz adlamışdıq, ancaq oyunlar gərgin keçmişdi. Bakıda onları 3:1 hesabı ilə yendik, səfərdə isə 1:1 hesablı heç-heçə etdik. Bu ölkənin klubları ilə də qarşılaşmışıq. Elə Çempionlar Liqasının əsas mərhələsindəki rəqiblərimizdən biri bu ölkənin təmsilçisi oldu. Doğma meydan amilindən mütləq istifadə etməliyik.
- Bəs ilkin mərhələdən hansı komandaların rəqibimiz olacağını proqnozlaşdırırsız?
- Hollandiya öz qrupunun lideri olacaq. Yəqin ki, Moldova qrup ikincisi kimi bizimlə qarşılaşacaq. Digər qrupda isə aşkar favorit yoxdur ki, ona uyğun dəyərləndirmə aparasan.
- Ancaq millinin baş məşqçisi Joze Alesio xüsusilə də Slovakiya futzalının xeyli inkişaf etdiyini qeyd edib...
- Məşqçinin fikri ilə razıyam. Əksər milli komandalar güclənib, mütəmadi yoldaşlıq oyunları keçirirlər. Rəsmi oyunlara qədər bizim də 4-5 belə oyun keçirəcəyimiz planlaşdırılıb. Seçmə mərhələyə qədər hazır olacağımıza inanıram. Baş məşqçinin də planlarından müəyyən qədər xəbərim var.
- Millini gücləndirməyə ehtiyac varmı?
- Yəqin ki, xarici klublarda çıxış edən millinin oyunçularına dəvət göndəriləcək.
- Siz necə, millidəki çıxışınızı davam etdirəcəksiz?
- Geriləməmişəm, özümdə güc hiss edirəm. Seçim baş məşqçinindir. Dəvət göndərsə, məmnuniyyətlə “ürəyimizi qoyacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA “sıfırlandı” - QEYD
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- Bir fotonun qorxusu... - QEYD
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- ETOPAZ-dan Ulu öndər Heydər Əliyevlə bağlı paylaşım
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
-
15:44
Azərbaycanda keçiriləcək III MDB Oyunlarına hazırlıq işləri ilə bağlı iclas baş tutub
-
13:29
Azərbaycanın daha beş veteran cüdoçusu Avropa çempionatında medal qazanıb
-
12:33
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
-
12:17
Azərbaycan millisi Ermənistana qalib gəldi
-
12:08
Azərbaycanın gimnastları növbəti dəfə Dünya Kubokları seriyasının qalibi olublar
-
11:41
Azərbaycanın daha bir atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
11:16
“Araz-Naxçıvan”ın hazırlıq planı məlum oldu
-
09:52
Avro-2024: Türkiyə millisinin yekun heyəti açıqlandı
-
09:30
Millimiz Albaniyaya belə uduzdu VİDEO
-
23:36
Arif Əsədov: “Nəticədən yox, komandanın oyunundan razıyam”
-
23:23
"Turan Tovuz"da yeni müqavilə
-
22:55
U-21 də Slovakiyaya məğlub oldu
-
22:49
Millimiz Albaniyaya uduzdu
-
21:12
"Səbail" Bahadur Həziyevi də göndərdi
-
20:51
Kimdir müqəssir?
-
20:38
U-19 millimiz darmadağın oldu
-
20:24
Albaniya - Azərbaycan: Heyətlər açıqlandı
-
19:49
Abdolbari Gozal "Qarabağ"ın rəsmiləri ilə görüşdü FOTOLENT
-
19:30
Şəhriyar Əliyev: “Ayxan Abbasovun istefası gözlənilməz oldu”
-
19:17
DÇ: Azərbaycan şahmatçıları növbəti qələbələrini qazanıblar
-
18:53
Azərbaycan atleti Avropa çempionatında mübarizəni dayandırıb
-
18:26
Şəhid övladları üçün yay düşərgəsi başa çatdı FOTOLENT VİDEO
-
17:42
"Səbail" onunla yollarını ayırdı
-
17:08
AFFA klublara lisenziyalar təqdim etdi
-
16:55
Azərbaycan ağırlıqqaldıranları Avropa birinciliyində iştirak edəcəklər
-
16:31
"Şamaxı" daha bir futbolçunu göndərdi
-
16:19
"Gəncə"dən iki transfer
-
16:04
Turan Bayramov 1/4 finalda uduzdu
-
15:48
Azərbaycanın U-19 millisinin rəqibləri məlum olub
-
15:37
Cabir Əmirli daha 1 il "Səbail"də
-
15:23
U-17 millimizin rəqibləri müəyyənləşib
-
15:00
Millimizin futbolçusunun viza məsələsi həll olundu: “Sabahdan məşqlərə qoşulacam”
-
14:52
Azərbaycan paraüzgüçüsü Dünya Seriyasında finala yüksəlib
-
14:19
"Kəpəz" onunla vidalaşdı
-
13:45
PFL Qara Qarayevi nə vaxt mükafatlandıracaq?
-
13:34
AFFA Qəbələ və İsmayıllıda "Bahar turniri" keçirəcək
-
12:58
Azərbaycan klubu baş məşqçisi ilə vidalaşıb
-
11:21
Otto Con daha 1 il “Turan Tovuz”da
-
11:03
Fərhad Rəcəbli onuncu dəfə Avropa çempionu olub
-
10:17
"Beşiktaş" "Qarabağ"ın futbolçusu üçün israr edir
-
09:52
Azərbaycan millisi sabah Ermənistanla qarşılaşacaq
-
09:30
Qvineya millisi Benzianı məyus etdi
-
23:47
“Neftçi”nin yarımmüdafiəçisi Dohada 90 dəqiqə oynadı
-
23:24
Azərbaycanın sərbəst güləşçilərindən iki medal
-
21:58
"Turan Tovuz"da yeni müqavilə
-
20:21
Arif Əsədov: "Millimizin uğurlu olması üçün hər şey edəcəm"
-
20:00
Minifutbol millimiz penaltilərlə uduzub, Avropa çempionatı ilə vidalaşdı
-
19:15
"Şamaxı"da növbəti ayrılıq
-
18:33
Qara Qarayevin qolu mayın ən yaxşısı seçildi VİDEO
-
18:20
Premyer Liqa klubları VAR-la bağlı qərarını verdi