29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

"Azərbaycanla qarşılaşmada bizdən eyni ciddiyyət tələb olunacaq"

"Maraqlı qrupa düşmüşük, favorit, təbii ki, Fransadı. Onların fərdi baxımdan yüksək keyfiyyətli futbolçuları var".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Slovakiyanın 21 yaşadək futbolçulardan ibarət yığmasının qapıçısı Martin Vantruba yerli federasiyanın rəsmi saytına açıqlamasında deyib.
 
İsveçrənin Nyon şəhərində keçirilən AÇ-2021-in seçmə mərhələsinin püşkatmasının nəticəsi haqda danışan "Slaviya"nın qolkiperi qrupdakı rəqibləri dəyərləndirib:
 
"Heç kimi qiymətləndirməyə bilmərik. Bütün matçlara ciddi şəkildə hazırlaşmalıyıq. İnanıram ki, bütün bacarığımızı göstərə biləcəyik.
 
Böyük uğurlar qazanacaq potensialımız var. İsveçrə, Gürcüstan, Azərbaycan və Lixtenşteynlə qarşılaşmalarda da bizdən eyni ciddiyyət tələb olunacaq".
 
Slovakiya yığması Azərbaycan, Fransa, İsveçrə, Gürcüstan və Lixtenşteynlə birlikdə 2-ci qrupda yer alıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31