8 Iyun 2024, Şənbə
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu
Otto Con daha 1 il “Turan Tovuz”da

Ölkə futbolu

"Qarabağ"ın rəqibləri Kiyevdə oynayacaq

"Vorskla" və "Arsenal" arasındakı Avropa Liqasının qrup mərhələsinin V tur matçının məkanı Poltavadan Kiyevə dəyişdirilib.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə qitə futbol qurumunun fövqəladə hallar üzrə komitəsi qərar qəbul edib.
 
Səbəb kimi ölkənin bəzi regionlarında hərbi vəziyyətin tətbiqi göstərilib. Beləliklə, qarşılaşma noyabrın 29-da Ukrayna paytaxtındakı "Olimpiyski" stadionunda təşkil olunacaq. Görüş Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. UEFA digər matçların yerlərinin dəyişdirilməsi ilə bağlı hansısa qərar qəbul etməmişdən əvvəl yaxın günlərdə ölkədəki vəziyyəti izləyib qiymətləndirməkdə davam edəcək.
 
"Vorskla" və "Arsenal" "Qarabağ"la eyni qrupda yer alıb. Ukrayna təmsilçisi qrupda həm "Sportinq"i (1:2), həm də Azərbaycan təmsilçisi (0:1) ilə ev oyunlarını Poltavadakı Aleksey Butovski adına stadionda keçirib.
 
"Qarabağ" Poltavadakı oyundan hava şəraiti ilə əlaqədar bir qədər gec qayıtmalı olub. "Arsenal"la qarşılaşma komandanın qrupda son ev matçıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30