29 May 2024, Çərşənbə
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

Halldorsson: "Qəhramanlıq önəmli deyil"

"Bizim üçün çox önəmli oyundu. Qalib gəlsək, növbəti mərhələ şansımızı qorumuş olacağıq. Belə möhtəşəm stadionda oynamaq bizim üçün xoşdu”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın qapıçısı Hannes Halldorssona məxsusdu.

O, Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Sportinq”lə sabahkı oyunöncəsi mətbuat konfransında iştirak edib. İslandiyalı qolkiper konfransda jurnalistlərin suallarını cavablandırıb.

- “Qarabağ”ın qrupdan çıxmaq şansı hələ də qalır. Sizcə, sabah “Sportinq”i, ardından isə “Arsenal”ı səfərdə məğlub etmək mümkündümü?

- Məncə, mümkündü. Futbolda hər şey olur. Dəfələrlə şahidi olmuşuq. Qələbə qazansaq, böyük addım atmış olacağıq. Qarşıda hələ iki oyun var. Düşünürəm ki, növbəti mərhələyə şansımız var.

- İslandiya yığmasında bir çox hallarda komandanın qəhrəmanı olmusunuz. Azərbaycana gələndə sizə böyük ümidlər olsa da, hələ ki, bunu görməmişik. Düşünmürsünüz ki, sabah meydana çıxsanız, oyunun qəhrəmanı ola bilərsiniz?

- Ümumiyyətlə, qəhrəman olmaq üçün məşqlərdə səylə çalışmalısan. Mən qəhrəman olmağa köklənmirəm. Əsas odu ki, işini düzgün görəsən. Bəzən komanda yoldaşın da qəhrəman ola bilər. Əsas odu ki, nəticə müsbət olsun. Qəhrəmanlıq önəmli deyil.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31