8 Iyun 2024, Şənbə
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Bəlkə də penalti yox idi"

"Çətin oyun keçdi. Topu özümüzdə daha çox saxlaya bilərdik. Bunu etsəydik, əlavə bir neçə qol da vurardıq. Amma buna baxmayaraq, qələbə qazandıq. Sevincliyəm”.
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin kapitanı Emin Mahmudov Topaz Premyer Liqada 12-ci turunda səfərdə “Səbail”i 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
 
26 yaşlı yarımmüdafiəçi ikinci qoldan sonra hücumların sayını azaltmalarının səbəbini belə izah edib:  “Tempi bir qədər aşağı salmasaydıq, rəqibin əks-hücumlarında azlıqda yaxalana bilərdik. “Səbail” əks-hücumlara yaxşı çıxır. Ona görə bir az oyunun tempin aşağı salmaq lazım idi”. O, mübahisəli penalti epizoduna da münasibət bildirib: “Oyunda hesabı açana qədər rəqibin elə çox qol epizodu yox idi. Deyə bilmərəm ki, bizə 3 xalı kim verir.
 
Bu mövsüm çempionatda penaltidən vurduğumuz ilk qol idi. Bəlkə, onda da penalti yox idi, amma ilk penaltimiz idi. Ötən il birin vurmuşduq, bu il də birin. 40 oyuna 2 penalti, bizi belə hər oyun qələbəyə daşıyırlar filan(gülür). Biz əsas öz oyunlarımıza fikir verməliyik. Qarşıdakı matçlarda qələbə qazanmalıyıq”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30