28 May 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Sxadadze daha 3 il "Qəbələ"də
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
"Qəbələ" 6 legionerlə vidalaşdı

Ölkə futbolu

“Keşlə”dən Kamranın qəsdən oynamaması haqda iddialara reaksiya

"Keşlə" klubu Azərbaycan milli komandasının heyətində xəsarət alan qapıçı Kamran Ağayevin zədəsinin ciddi olmaması ilə bağlı yayılan iddialara münasibət bildirib.

Klubun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov "Report"a açıqlamasında təcrübəli qolkiperin MRT müayinəsi nəticəsində sağlam olduğunun üzə çıxmasına dair xəbərləri təkzib edib.

Klub rəsmisi 32 yaşlı oyunçunun baldır nahiyəsindən zədələndiyini vurğulayıb və  yığmanın düşərgəsindən zədəli qayıdan qapıçının həkim nəzarətində olduğunu, hərəkət edərkən ayağında ağrılar olduğu üçün məşqlərə də qatıla bilmədiyini diqqətə çatdırıb. Topaz Premyer Liqasının 12-ci turunda "Qəbələ" ilə keçiriləcək matçda qapıda Davud Kəriminin duracağı bildirilib.

Qeyd edək ki, Kamran Ağayev UEFA Millətlər Liqasının 5-ci turunda Bakı Olimpiya Stadionunda Azərbaycan yığmasının Farer adalarını 2:0 hesabı ilə məğlub etdiyi matçında xəsarət alıb. İkinci hissədə əvəzlənən Ağayev Kosovoya 0:4 hesabı ilə uduzduqları qarşılaşmada iştirak edə bilməyib.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31