Ölkə futbolu
"Sabah meydana çıxıb aslanlar kimi mübarizə aparacağıq"
"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl klubun rəsmi saytına müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Tahir bəy, sabah "Qarabağ" vacib oyuna çıxacaq. Nə gözləyirsiz komandamızdan?
- Əvvəla onu bildirim ki, "Qarabağ`ın cari uğurları hər kəs kimi, məni də qürurlandırır. Sabahkı oyun bizim üçün çox vacibdir. Bizi çətin qarşılaşma gözləyir. Amma hədəfimiz turu keçməkdir. Bunun üçün bura gəlmişik. "Qarabağ"ın bu mövsüm Avroliqada ən çox xal toplayan 3 komandadan biri olması məni qürurlandırır. Bizi yeni rekordlar, yeni uğurlar üçün burdayıq. Bunun üçün sabah meydana çıxıb aslanlar kimi mübarizə aparacağıq.
- Hələ Avrokuboklar başlamamışdan öncə verdiyiniz açıqlamada "Qarabağ"ın hədəfinin qrup mərhələsi olduğunu bildirmişdiniz..
- Bəli. Çox şükürlər olsun ki, bu yolda əmin addımlarla irəliləyirik. "Qarabağ" son illərdə böyük sıçrayışa və önəmlisi stabilliyə nail olub. Bu bizim ən böyük uğurumuzdur. Biz bir ailə kimi formalaşa bilmişik. Belə də hədəflərimiz də böyüyüb. Zatən, bizim üçün xüsusi köklənməyə ehtiyac yoxdu. Qarabağ adı özü bir hədəfdi. Komanda udanda da, uduzanda da mən onun yanındayam. Biz "Qarabağ" ailəsiyik. Və fərqimizdən qürur duyuruq
- Əksəriyyətinin fikrincə, bu "Qarabağ" tarixin ən güclüsüdü. Bu fikirlə razısınızmı?
- Təbii ki, komandam haqqında belə sözlər eşitmək xoşdu. Zənnimcə, son transferlərimiz olduqca uğurlu alınıb. Üstəlik, "Qarabağ"dakı sabitlik də uğurumuzun əsas tərəfidi. Artıq "Qarabağ" deyiləndə ciddiyə alınan, fərqi hiss olunan, ehtiramla qarşılanan bir klub formalaşıb. "Qarabağ" bir çiçək kimi ən yaxşı bal arılarını özünə cəlb edə bilib. Bəli, ona görə də razılaşıram ki, bəlkə də bu "Qarabağ" tarixinin ən güclüsüdür. Amma bu bizi üçün sonuncu hədəf deyil. Daim inkişaf etmək, tədricən böyüməklə daha da möhkəmlənmək istəyirik.
- Artıq, uzun illlərdi "Qarabağ"a rəhbərlik edirsiniz. Uğursuzluqda da, başarı da "Qarabağ"ın yanındasız. Uğurun kökü Sizin daim komandanın dəstəkləməsində dayanır. Axı, geriyə boylandığınız zaman atdığınız addımların doğru olduğu bugün özünü təsdiq edir.
- Bizim üçün "Qarabağ" bir futbol komandası deyil. "Qarabağ" şübhəsiz, Qarabağ həqiqətlərini üçün ən böyük təbliğat maşınıdır. İdmanda uğur qazanmaq da olar, pis nəticələrlə də qarışlaşmaq olar. Ötən mövsüm AZAL-a 6:2 məğlub olduq. Nə etməliydik? Hər şeyi dəyişməliydik? Biz bir kərə inandığımız işi görürürk. Mən klubundakı hər bir şəxsə inanıram. Onlara inandığım üçün burdadılar. Nə oldu? Həmin komanda bu il Azərbaycanın Avropadakı tək təmsilçisidir. Nə qısa zəfərlər, nə də ki, qısa məğlubiyyətlər bizim üçün əsas deyil. Qarabağ adını ləyaqətlə daşımaq ən böyük uğurdur. Sevinirəm ki, bugün çəkilən əməyimizin boşa getmədiyini göstərir.
- 10 ildir "Qarabağ"ın başındasız. Yəqin, yubiley hədiyyəsi istərdiz.
- "Qarabağ" adı mənim üçün elə ən böyük hədiyyədir. Yox, əgər idman uğuru istəyirsinizsə, təbii ki,qrup mərhələsinə düşmək mənə ən böyük hədiyyə olardı. Mən buna inanıram. Artıq, "Qafqaz Barselonası"nın qrupda çıxış etmək zamanıdır. Hə, o, başqa ki, bizi pley-offda çox güclü komandalar gözləyir. Biz bunu başa düşürük. Amma hər şey arzudan başlayır, əzmkarcasına çalışmaqla davam edib hədəfə çatmaqdan gedir.
- Sabahkı görüşdə Riçard Almeyda olmayacaq. Bunu komandamız üçün itki hesab edirsinizmi?
- Əlbəttə, Riçinin sabah komandamızla birgə olmağını istərdik. Şəxsən, mən braziliyalının oyununu çox bəyənirəm. Amma indi oturub təəəssüflənməklə heç nə əldə edə bilmərik. Sabah meydanda başqa "Qarabağ"lılar çıxacaq. Meydandakı bir "Qarabağ"lı futbolçu 100 000 məcburi köçkün üçün oynayacaq. Milyonlarla insan futbolçularla birlikdə meydanda mübarizə aparacaq. Biz sabah meydanda bütün Azərbaycanın ürəyini, sevgisini daşıyacağıq.
- Hər kəs "Qarabağ"ın başqanından ümid gözləyir. Nə deyə bilərsiz azarkeşlərimizə?
- Öncə hər kəs birləşib "Gefle" səddini keçməliyik. Mən tur deyil, zəfər gözləyirəm "Qarabağ"ımızdan. Bu turu keçsək, play-off mərhələsi gəlir. Hamımız birləşməliyik. Qarabağda birləşməliyik. İstərdim ki, Stadionumuzda bu oyun zamanı bir yer də boş qalmasın. Hər kəs "Qarabağ"ın gücünü, qüdrətini, bir ailə olmasını görsün. Amma öncə "Gefle" ilə matçı fikirləşməliyik. Bu oyundakı qələbə bizim üçün çox vacibdir. Mən buna hər bir "Qarabağ"sevər kimi inanıram. "Qarabağ" turu keçmək üçün ruhunu meydana qoyacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi”dən AFFA-ya növbəti transfer reallaşdı - ÖZƏL
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Azərbaycan Premyer Liqasının son 2 turunda əcnəbi hakimlər - EKSKLÜZİV
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Hələlik çempionatda 10 komanda qalmalıdır”
- AFFA “sıfırlandı” - QEYD
- Bir fotonun qorxusu... - QEYD
- “Qarabağ”ın mükafatlandırma mərasiminin yeri və məkanı dəyişdi - ÖZƏL
- Azərbaycan Premyer Liqasında komanda sayı artırılmadı
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- İcraiyyə Komitəsinin üzvü: “İclasın 4 saatdan çox çəkməsi gərgin müzakirələrlə bağlı deyil”
- “Neftçi”də Emin Mahmudovun “torbası tikilir”?
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- “Neftçi”də maliyyə böhranı
- Mövsümün bəxtsizi - “Səbail”
- İcraiyyə Komitəsi legioner limiti ilə bağlı qərar qəbul etdi
-
13:33
Azərbaycan boksçusu lisenziya turnirində növbəti qələbəsini qazanıb
-
12:48
3x3 basketbol millimiz təlim-məşq toplanışına yollanıb
-
12:20
“ÇL-də əvvəlkilərdən daha yaxşı nəticə göstərəcəyimizə ümid edirəm”
-
11:56
Azərbaycan millisinin oyunlarının təqvimi müəyyənləşdi
-
11:31
Arif Əsədov: “Milliyə çağırılan oyunçuların hamısına şans vermək istəyirik”
-
10:19
Millimizin rəqibinin heyəti açıqlanıb
-
10:04
Cəlal mövsümün son oyununda qələbəyə sevindi
-
09:47
Emin Mahmudov azarkeşlərdən üzr istədi: "Çox utanıram"
-
21:34
Millimizin heyəti açıqlandı
-
21:22
Azərbaycan millisini yoldaşlıq oyunlarına çıxaracaq məşqçilər müəyyənləşdi
-
21:00
Azərbaycanda futbol mövsümünün ən yaxşıları mükafatlandırıldı FOTOLENT
-
19:17
Azərbaycan boksçusundan uğurlu start
-
18:50
Bakıda UEFA-nın dəstəyi ilə festival keçirilib
-
18:28
Sxadadze daha 3 il "Qəbələ"də
-
17:39
Azərbaycan Cüdo Federasiyasının prezidenti dünya çempionları ilə görüşüb
-
17:02
"Sumqayıt"ın əvəzolunmazı
-
16:41
II Liqaya vəsiqə uğrunda pley-off oyunlarının vaxtı açıqlandı
-
16:14
Kapitan: “Məqsədimiz yenidən Avropa çempionu olmaqdır”
-
15:56
7 güləşçimiz Gürcüstanda medal qazanıb
-
15:35
Minifutbol Federasiyasının vitse-prezidenti: “Titulu qorumaq istəyirik”
-
15:23
Son turda mövsümün rekordu
-
15:07
Millimizin baş məşqçisi: “Ötən Avropa çempionatı ilə müqayisədə daha da güclənmişik”
-
14:59
AFFA-dan I Liqanın qalibinə "yaşıl işıq"
-
14:48
Rövşən Nəcəf "Qarabağ"ın bazasında
-
14:32
Mahmudov “Neftçi”nin tarixinə düşdü
-
14:24
Minifutbol millimizin açıq məşqi keçirilib
-
14:16
Azərbaycan sumoçuları Avropa çempionatında 11 medal qazanıblar
-
14:03
Azərbaycan millisinin heyətində dəyişiklik
-
13:27
"Barselona" mövsümü qələbə ilə başa vurdu VİDEO
-
13:15
"Qəbələ" 6 legionerlə vidalaşdı
-
12:54
Klub rəhbəri Ayxan Abbasovun işinə qiymət verdi
-
12:40
Bədavi Hüseynov: “İnanmazdım ki, 10 qat ölkə çempionu olacağam”
-
12:31
Mahir mövsümün son oyununda oynadı
-
12:19
"Turan Tovuz" yeni mövsümdə avrokuboklar üçün oynayacaq
-
11:52
Lamiyə Vəliyeva Azərbaycanın paralimpiya tarixinə düşüb
-
11:28
Rəşad Sadıqovdan yubiley qələbəsi
-
11:05
Brkiç: “Azarkeşlərdən üzr istəyirəm”
-
10:46
Azərbaycan Voleybol Federasiyası Qaxda təlim-məşq toplanışı təşkil edib
-
10:24
"Roma"nın məğlubiyyəti VİDEO
-
10:13
Azərbaycan cüdoçuları Avropa Kubokunu beş medalla başa vurublar
-
09:57
"Atalanta" 3 xalı 3 qolla qazandı VİDEO
-
09:49
Elvin Cəfərquliyev: “Çempionluq asan əldə olunmur”
-
09:30
Əyyub Allaş "Qəbələ" ilə vidalaşdı
-
23:45
2023/2024 mövsümünün mükafatlandırma mərasimi VİDEO
-
22:34
"Araz-Naxçıvan" - "Qarabağ" matçında 4 qol VİDEO
-
22:16
“Hamı bu anı səbirsizliklə gözləyir”
-
21:57
Elmar Baxşıyev: “Mən təzyiqləri "Qəbələ"də də hiss etmişəm”
-
21:24
Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünə yekun vuruldu
-
21:08
Azərbaycanın sərbəst güləş millisi Avropa çempionu oldu
-
20:12
Ayxan Abbasov: “Bakıda 5-6 meydança var, onları da sökürlər”