9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

Vüqar Məmməd: “... deməli, hər şeyi düzgün etmişik”

19 yaşadək futbolçular arasında Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirən və elit-raunda vəsiqə qazanan yığma komandamızın baş məşqçisi Vüqar Məmməd affa.az-a fikirlərini bildirib.

Futbolxeber.az saytının məlumatına görə, gənc mütəxəssis ilk öncə Gəncədədəki yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq dünyasını dəyişən həmvətənlərimizin yaxınlarına başsağlığı verib:

“Gəncə şəhərindəki yaşayış binasında baş vermiş uçqunla əlaqədar olaraq xəsarət almış insanlara şəfa, dünyasını dəyişən həmvətənlərimizə isə Allahdan rəhmət diləyir, yaxınlarına baş sağlığı veririk.

Bu gün növbəti mərhələyə vəsiqə qazanmışıqsa, deməli, hər şeyi düzgün etmişik. Komandanın üzərində əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Turnirin əvvəlində də demişdim, yenə təkrar edirəm, heyətimizdə yer alan bütün futbolçulara inanırdım, inanıram və qələbə münasibəti ilə hər birini təbrik edirəm, onlarla qürur duyuram. Bu mərhələnin oyunlarına 11 aydı hazırlşırdıq. Komandamızın hər bir üzvü mərhələ adlamaq üçün çox istəkli idi. Hər oyundan sonra istəyimizə çatacağımıza inanırdıq. Bu uğurun qazanılmasında klublarda çalışan məşqçilərin də əməyi böyükdür. Onlara da çox sağ olun, deyirəm. Ancaq görüləsi işlərimiz də az deyil.

Lixtenşteynlə qarşılaşmaya gəldikdə, qeyd edim ki, hər bir rəqiblə oyuna fərqli taktika ilə çıxmışdıq. Bugünkü oyunla bərabər paralel keçirilən matçın nəticəsi də mərhələni adlamaq baxımından əhəmiyyətli idi. Ancaq uşaqlara dedim ki, siz oyununuzu oynayın, qələbənizi qazanın. Gürcüstan - İsrail oyunu barədə isə onlara matç ərzində heç bir məlumat vermədik. Yekun biz istəyən kimi oldu. Əlbəttə, turnir həm məşqçilər, həm də futbolçular üçün böyük təcrübə oldu”.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30