9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Qəbələ" beş qolla qalib gəldi

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranan fasilə dövründəki hazırlıqlarını davam etdirir.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar” Qəbələ şəhər stadionunda gerçəkləşən ilk mərhələni başa vurub. Sənan Qurbanovun baş məşqçisi olduğu komanda doğma arenadakı hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. “Qəbələ” klubun U-19 komandasını sınağa çəkib. Qarşılaşma əsas komandanın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Adeniyinin het-trik etdiyi matçda digər qollara Rauf Əliyevlə Stiven Monroz imza atıb. Bu oyunla Qəbələ hazırlığın yekunlaşdıran “qırmızı-qaralar” Bakıya yollanıb. Xatırladaq ki, “Qəbələ” 12-ci turun noyabrın 24-də keçiriləcək oyununda səfərdə “Keşlə” ilə üz-üzə gələcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30