9 Iyun 2024, Bazar günü
"Qarabağ"ın yarımmüdafiəçisi "Səbail"də
U-21 də Slovakiyaya məğlub oldu
Millimiz Albaniyaya uduzdu
U-19 millimiz darmadağın oldu

Ölkə futbolu

"Farer adaları ilə heç-heçə nəinki futbolçulara, hamımıza çox pis təsir edəcək"

"Millimiz ilk dəqiqələrdən hücuma atılacaq. Düşəcək qol imkanlarından maksimum istifadə etmək lazımdı".

Bu sözləri Futbolxeber.az saytına açıqlamasında milli komandamızın sabiq hücumçusu Nadir Nəbiyev deyib.  Bu gün Millətlər Liqasının növbəti turu çərçivəsində yığma komandamız Farer adaları ilə qarşılaşacaq. Nəbiyev milliyə ən yaxşı oyunçularımızın dəvət olunduğunu bildirib: "Məncə, çempionatımızda son turlarda oyunu ilə seçilən futbolçular milliyə dəvət olunub.

Bizə görə ola bilər ki, kimsə kənarda qalsın, ancaq məşqçilər rəqibə görə millinin heyətini müəyyənləşdiriblər.  Hücum xəttində kifayət qədər təcrübəsi olan futbolçularımız var. Mirabdulla Abbasov əsas heyətdə olmasa da, ehtiyat olsa sonradan meydana daxil olub milliyə kömək edə bilər. Mənə elə gəlir ki, Rüfət Dadaşov hücum xəttində olacaq.

Çünki Farer adaları ilə səfərdəki oyunun ən yaxşılarından idi.   Mən qələbədən başqa heç nə fikirləşmirəm. Heç-heçə nəinki futbolçulara, bizə də çox pis təsir edəcək. Əgər hər birimiz millini dəstəkləsək, inanıram ki, uşaqlar bacardığından artığını edib bu oyunu da səfərdəki Kosova görüşünü də qalib başa vuracaq".  "Mətbuatdan oxuyanda ki, Farer adaları bir neçə gündü Bakıdadı, mənə təəccüblü gəldi. Bu onu göstərir ki, rəqib bu oyuna çox ciddi önəm verir" - deyə, Nadir Nəbiyev fikirlərini yekunlaşdırıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30